Çadın şərqində icmalararası qarşıdurmalarda 42 nəfər həlak olub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 27 aprel, AZƏRTAC
Çadın şərqində icmalararası toqquşmalar nəticəsində 40-dan çox insan həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Vadi Fira bölgəsində baş verib. Bölgənin hökumət sözçüsü Brahim İssa Qalmayeh bildirib ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra başlayıb. Nəticədə azı 42 nəfər həyatını itirib.
Çadın şərqində torpaq, mal-qara və su resurslarına çıxış uğrunda icmalararası qarşıdurmalar geniş yayılıb. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, 2021–2024-cü illər arasında bu cür münaqişələr 1000-dən çox insanın ölümünə və təxminən 2000 nəfərin yaralanmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:Çadın paytaxtında atışma olub
09 Yanvar 2025 13:31
Konqonun şərqində baş verən qarşıdurmalarda 7000 adam ölüb
25 Fevral 2025 18:24
Çadın keçmiş baş naziri saxlanılıb
16 May 2025 16:43
Nigeriyanın şimal şərqində 42 məktəbli silahlılar tərəfindən qaçırılıb
16 May 2026 23:26
Braziliyanın şərqində avtobus qəzasında azı 17 nəfər həlak olub
25 Noyabr 2024 11:11
Baxış sayı:177
Bu xəbər 27 Aprel 2026 06:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















