Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Pendirin beyinə faydası

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Çadrasını atan inqilabçı qadınlar... Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Sevda Sultanovanın "Ekranlaşdırılmış ədəbi əsərlər" layihəsindən "Sevil" filmi haqqında yazısını təqdim edir.

Layihədə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında ekranlaşdırılmış iki eyniadlı filmi təqdim edirik. Pyesin ilk ekran versiyasını Cəfər Cabbarlı Aleksandr Beknazarovla birgə 1929-cu ildə lentə alıb. Digər filmi isə 1970-ci ildə rus rejissoru Vladimir Qorikker çəkib.

Azərbaycan kinosunda qadın dramlarını təsvir edən filmlər demək olar ki, yox səviyyəsindədir. Qadın talelərini ekrana köçürən filmlər daha çox keçən əsrin əvvəllərində çəkilib. Çünki 1920-30-cu illər kinoda prioritet temalardan biri məhz qadın azadlığıiydı. Ona görə o dövrdə qadının cəmiyyətdəki fəaliyyətini aktuallaşdırmağı, azadlıq və hüquqularını təbliğ edən "Gilanlı qız," "İsmət", "Almaz", "Sevil" filmləri lentə alındı.

Cabbarlının yaradıcılığında qadın obrazları önəmli yer tutur. Amma o, qadın təbiətinin intimliyini araşdırmır, onun gizli dünyasının dərinliklərinə enmir, görünməyən tərəflərini, qadın kimliyini aça biləcək ekstremal psixoloji situasiyalar təklif etmir. Çünki Cabbarlı əsərlərində qadını daha çox sosiumun mühüm, ayrılmaz parçası kimi görür, onları ictimai-sosial kimlik müstəvisində təqdim edir.

Cabbarlının yanaşması, təbii ki, dövrün diktəsindən doğurdu, çünki qadın ikinci plandaydı və ya Simona de Bovuarın təbirincə desək, "ikinci cins" statusunda qəbul edilir və tanınırdı. Bununla belə, Cabbarlının qadın dramları müasir kinematoqrafiya üçün münbit materialdır. O səbəbdən ki, bu əsərlər çeşidli yozumlara, fərqli janrlara, yanaşmalara açıqdır...

Azərbaycan kinostudiyasının rəhbərliyi "Sevil"in quruluşunu Aleksandr Beknazarova həvalə etsə də filmin ərsəyə gəlməsində Cabbarlının xüsusi rolu olub. Ona görə ekran əsərinin müəllifi kimi daha çox filmə ikinci rejissor təyin olunan Cabbarlını qəbul edirəm.

Beknazarov özü də bunu etiraf edirdi: "Sevil"in elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı orda mənimlə birgə işləməsin. Biz çox vaxt saatlarla əyləşib çəkəcəyimiz kadrların daha canlı və inandırıcı çıxması üçün düşünərdik. Cabbarlının kino sənəti sahəsində az müddət çalışmasına baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək qabiliyyəti məni doğrudan da heyran edirdi. Odur ki, biz "Sevil" filmini hədsiz həvəslə çəkib başa çatdırdıq".

Ssenarini Cabbarlı rus rejissoru Qriqori Braginski ilə birgə yazıb. Ümumiyyətlə, filmi pyesin sərbəst yozumundan çox, səliqəli ekran adaptasiyası kimi qəbul etmək daha doğrudur.

Süjet: Savadsız qadın olan Sevil əri Balaşın təzyiqlərinə məruz qalır. Meşşan qadın Ədiləyə aşiq olan Balaş Sevili küçəyə ataraq övladından ayırır. Tək qalan Sevil çətin də olsa yeni, müstəqil həyata başlayır.

Filmin ekspozisiyasında Bakının yoxsul mənzərələri, sökülüb-uçulmuş sənaye təsvirləri yer alır. Ölkədəki ağır vəziyyətə, sosial ədalətsizliyə işarə edən görüntülərdən, İçərişəhərin dar, yarıqaranlıq küçələrində harasa tələsən kölgəyə oxşayan çadralı qadın fiqurlarına rəvan keçidlər edilir.

Dəmir hörgülü pəncərələrin arxasında, bir-birinə bənzəyən qadın portretlərinin təsviri dinamik montajla verilir. Təsvirdəki qadınların bənzərliyi ilə müəlliflər onların hər birinin vizual bioqrafiyasını yazır, onların azad olmadığını, özünəməxsus kimliklərindən məhrum edildiyinin uğurlu bədii həllini təqdim edir: bu qadınlar şəxsiyyət kimi mövcud deyil, bir-birindən fərqlənən cəhətləti yoxdur, hamısı eyni, monoton tale yaşayır. Və sonda kamera kədərli baxışla pəncərədən küçəyə boylanan Sevilin (İzzət Orucova) üzünə fokuslanır.

Ümumən isə "Sevil" çağdaş milli kinomuzda, əksər hallarda çatışmayan mühüm cəhətləri - maraqlı bədii həlləri və psixologizmi ilə seçilir. Personajların psixoloji vəziyyətini açmaq üçün yaxın, detal planlardan, ekspressivliyi gücləndirən rakurslardan istifadə edilib. Balaşın (Ağasadıq Gəraybəyli) evdə sevgilisi Ədiləni (Bella Beletskaya) düşünməsi, Sevilin nigaran baxışları, ərinin əl vurmadığı, süfrədə soyuyan yemək kadrlarının dinamik növbələnməsi, "qırıq" montaj yoluyla alınan bu çoxmənalılıq evdəki atmosferi, ailədəki münasibəti dolğun təsvir edir.

Balaşın Ədiləni Sevillə müqayisə səhnəsi yüngül ironik vurğularla işlənib, eyni zamanda, vizual ifadəsi maraqlıdır. Misalçün, Balaş Sevilin səliqəsiz saçlarına baxanda Ədiləni xatırlayıb köks ötürür və Sevil dərhal saçını səliqəyə salır. Yaxud onun gözləri istər-istəməz Sevilin yamaqlı corablarına sataşır və gözünün önünə Ədilənin dəbli ayaqqabılar geyindiyi ayağı canlanır. Sevil onun baxışlarının mənasını duyaraq ayaqlarını uzun ətəyi altında gizləyir. Əgər birinci kadrda müəlliflər bunu həm də aktyorların bədən dililə anladırlarsa, ikinci kadrda artıq Balaşın xəyalı vizuallaşır.

Personajların arzularını, xəyallarını, qarabasmalarını təsvirin dilinə çevirmək filmboyu bir neçə epizodda təkrarlanaraq təhkiyənin strukturunu zənginləşdirir.

Dramaturji konflikti gücləndirmək üçün paralel montaj (Balaşın Dilbərə yumşaq, həlim münasibəti və Balaşın Sevilə sərtliyi üzündən onun ağlaması və s.) metodundan istifadə olunur.

Balaşın evdəki tiranlığı rakurslarla da həll olunur. Sevili acılayarkən, aşağıdan yuxarıya doğru çəkiliş, Balaşın sərtliyini, qəddarlığını qabardır.

Filmin mərkəzi fiqurlarından biri Gülüşdür. Gülüş dağıdıcı, hətta bir az daha anarxist obrazdır. O, yeniliyin, gəncliyin, fərqliliyin simvoludur. Təkcə köhnə təfəkkürə söykənən dəyərlərə yox, eyni zamanda burjua dəyərlərinə, istehlakçılığa sarkastik münasibət göstərən, etiket, davranış qaydalarını bilərəkdən pozan, sosial maskaları yırtan Gülüş kimi provokativ obrazın konsepsiyası Qərb kinosunda həmişə aktual olub.

Sevilin ilk dəfə Balaşa etirazı, qətiyyəti onun qadın kimliyinə sayğısı mənasında yox, sosial-siyasi hadisələrin kontekstində göstərilir. Çünki həmin səhnədən sonra kamera Sevildən yayınır, təqvimdə 28 rəqəmi göstərilir, silahlar, hücuma keçən əsgərlərin təsviri ilə Sevilin etirazı ailə dramı çərçivəsindən çıxarılaraq siyasiləşdirilir. Sevilin cadrasını atması, inqilabi prosesə qoşulması, qadın haqları uğrunda mübarizəsi ümumilikdə onun dəyişmə prosesi sənədli plakat ruhunda informativ, sürətli montajla, fraqmental verilir.

Müəlliflər metaforlardan, rəmzlərdən istifadə edir. Qadınların, hətta evi bəzəyən gözəl, nəfis məişət əşyalarının belə dəmir barmaqlıqlar arxasında təsviri onların həyatının ağırlığını ifadə edir.

Filmdə bir neçə dəfə təkrarlanan rəmzlərdən biri də tar və saatdır. Saatın hərəkətliliyi ilə Sevilin durğun, kədərli vəziyyətdə tar çalması ziddiyyət təşkil edir. Zaman hərəkətdədir, irəli gedir, onun isə həyatında nəsə dəyişmir. Hadisələrin sonrakı inkişafında Ədilə ilə birgə həyatdan məyusluq, peşmançılıq hissi keçirən Balaş da eyni vəziyyətdə tar çalır.

Gülüşün qaranlıq otaqdan çadra ilə çıxaraq günəşli, geniş bir meydanda çadrasını çıxarması bir az bəsit görünsə də hər halda, o dövrün kinematoqrafiyası üçün yenilik sayılan vizual yanaşmadır.

Pyesdə Sevilin Balaşla qarşılaşması, onun keçmiş əri ilə sərt, ironik dialoqu ən vurucu səhnələrdəndir. Bu hissədə mətn, xüsusən, dominant olduğundan, görünür, rejissorlar sözü effektiv şəkildə əvəzləyən, gərəkli bədii təsvir vasitələri tapmaqda çətinlik çəkiblər. Ona görə filmdə final səhnəsi dəyişdirilib. Müəlliflər sonda Balaşın Sevillə qarşılaşma səhnəsini qısa planla təsvir ediblər. Əvvəlki nüfuzu, hökmü olmayan Balaş artıq savadlı, önəmli vəzifə tutan Sevilin qəbuluna gəlir. Sevilin özünəinamlı, sərt baxışları ilə Balaşın çarəsiz, ürkək baxışları toqquşur. Və, Balaş bu görüşdən məğlub ayrılır.

İzzət Orucova peşəkar aktrisa olmasa da mütiliyini, tərəddüdlərini, kədərini, çarəsizliyini bədən dili ilə, dəqiq tapılmış plastika ilə təqdim edir. Çünki İ.Orucovanın oyununun təsirli alınması təbii idi. Onun yaşadığı illərdə cəmiyyət cəhalətdən tam azad olmamışdı, qadınlar təhsil almaq üçün hələ də çətinliklərlə qarşılaşırdılar. Azərbaycanlı qızının o dövrdə baş rolda oynaması mühüm hadisə idi. İ.Orucovanı Cabbarlı uzun axtarışlardan sonra kəşf eləmişdi.

Yeri gəlmişkən, Beknazarov Sevil roluna Nora Arzumanova adlı bir qızı çəkmək istəyirdi. Buna etirazını bildirən Cabbarlı baş rola məhz azərbaycanlı qızın çəkilməsini israr edir.

Ağasadıq Gəraybəyli isə Balaşı bəzi məqamlarda bir az daha illüstrativ təqdim edir.

"Sevil" Azərbaycan kinematoqrafiyasında kino dilinin inkişafında öz töhfəsini verdi. Kinooperator Rafiq Quliyev bu barədə "Azərbaycan səssiz kinosunun təsvir irsi" kitabında yazır: "...Mollanın qərarına əsasən, Gündüzdən ayrılmalı olan Sevil doğma balası ilə son gecəsini keçirir, səhərə qədər ona layla oxuyur, əzizləyir. Qalan ömrünü övladına həsr etməyə hazır olan ana üçün sübh şəfəqləri pəncərənin arxasından çox tez və sürətlə boylanmağa başlayır. İntensivləşən şüalar otağı işıqlandıraraq ayrılıq anını yaxınlaşdırır və Sevilin artan həyəcanına səbəb olur. Gecədən sübhədək keçən müddəti ekranda qısa müddətdə canlandıran, kinematoqrafik zamana xidmət edən həmin işıqlandırma üslubundan istifadə nəticəsində səhərin açılma effekti çox təbii və inandırcı alınıb. İvan Frolovun Azərbaycan kinosunda ilk dəfə sınaqdan keçirdiyi həmin yaradıcılıq üslubu, aktrisa İzzət Orucovaya obrazın psixoloji durumunu, səhərin tezliklə açılmasını istəməyən ananın həyəcanlı anlarındakı yaşantılarını qabartmağa yardım edib".

Vladimir Qorikkerin ekranlaşdırdığı film isə dram elementlərinin yer aldığı müzikldir. Cabbarlının pyesi və Fikrət Əmirovun eyniadlı operası əsasında çəkilən "Sevil" kino tariximizdə ilk film-opera sayılır.

Hərçənd, film-opera rejissorun yanaşması baxımından Cabbarlının yaradıcılığı haqda yeni söz demir. Tamamilə aydın görünür ki, Qorikker "Sevil"in ilk ekran versiyasından təsirlənib. Burada da ilk səhnələr bir-birindən fərqlənməyən çadralı qadınlarla başlayır. İlk versiyada olduğu kimi, personajların arzuları vizuallaşdırılır. Sevilin çadrasını atması epizodu da eyni məzmunda, eyni monataj üsuluyla işlənib. 1929-cu il versiyasında Sevil çadrasını atanda digər qadınlar da kütləvi şəkildə baş örtüyünü çıxarır, dəmir barmaqlıqları qırır və bu epizod təbliğat ruhunda plakatsayağı, iti montajla işlənib. Qorikker də onu təkrarlayır.

Yaddaqalan səhnə daha çox Balaşın (Həsən Məmmədov) evindəki qonaqlıq səhnəsidir. Səhnə müəyyən mənada karnaval estetikasını xatırladır. Karnaval estetikasına xas kollektiv hərəkətlilik, kütlə subyektliyi, əyləncənin, gülüşün tək ünsiyyət vasitəsinə çevrilməsi, təqdim olunan mühitin sərt reallıqla ziddiyyəti, kameranın sanki süzərək obrazdan-obraza, situasiyadan-situasiyaya axıcı yumşaqlıqla keçməsi, oynaq, hərəkətli mizanlar...

Filmi maraqlı edən heç şübhəsiz ki, Fikrət Əmirovun musiqisidir. Bayatı janrının məzmun forması sayılan nazlamanın ən yayğın nümunələrindən biri olan

Balama qurban inəklər

Balam nə vaxt iməklər- kimi xalq yaradıcılığını ahəngdar şəkildə klassik musiqinin dilinə çevirir.

Dilbər rolunun ifaçısı Səfurə İbrahimova personajının məkrini, ədasını, ikinci planını peşəkarcasına çatdırır. Və Sevil obrazını yaradan Valentina Aslanovanın oyunu S.İbrahimovanın ifası fonunda sönük qalır.

"Ədəbiyyat qəzeti"

Şairə deyin, ölməsin… - Məmməd İsmayıl öləndə hansı sirri açdı? "Kneecap" qrupu Fransadaki festivalda çıxış edəcək Enriko Makiasın Türkiyə konserti ləğv edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see314

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see184

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see154

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see142

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see138

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see137

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see127

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see126

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see126

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see125

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see125

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see124

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see124

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see123

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri