Icma.az
close
up
RU
Qaşınma xəstəliyi bu ölkəni cənginə alır Səbəbi bu imiş...

Qaşınma xəstəliyi bu ölkəni cənginə alır Səbəbi bu imiş...

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Böyük Britaniyada qaşınma xəstəliyi (skabies) hallarının kəskin artdığı müşahidə olunur və əsas səbəblərdən biri dərman təminatındakı fasilələr və müalicənin gecikməsidir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Conversation" nəşrinə Sussex Universitetinin baş tədqiqatçısı, Krallıq Coğrafiya Cəmiyyəti və Britaniya Akademiyasının üzvü doktor Co Middlton məlumat verib.

Onun sözlərinə görə, 2023–2024-cü illərdə aptek və topdan dərman tədarükçüləri, xüsusilə permetrin tərkibli kremlərin idxalında çətinliklərlə üzləşiblər. Təchizat zəncirlərindəki problemlər səbəbindən bir çox xəstə vaxtında müalicəyə başlaya bilməyib ki, bu da infeksiyanın daha da yayılmasına gətirib çıxarıb. Nəticədə yalnız bir il ərzində İngiltərə və Uelsdəki müəssisələrdə - o cümlədən qocalar evləri və məktəblərdə 241 skabies epizodu qeydə alınıb.

Ümumi əhali arasında problemin miqyasını qiymətləndirmək daha çətindir, çünki skabies qanuni olaraq qeydiyyata alınmır və bir çox insan müalicəni reseptsiz dərmanlarla öz-özünə aparır. Buna baxmayaraq, ailə həkimləri və seksu­al sağlamlıq klinikaları son illərdə müraciətlərin əhəmiyyətli dərəcədə artdığını bildirirlər.

Əlavə risk faktorlarından biri kimi tədqiqatçı bir sıra digər ölkələrdə skabies milçəklərinin permetrinə qarşı müqavimət formalaşması barədə məlumatları qeyd edir. Lakin Middlton vurğulayır ki, Böyük Britaniyada müalicənin təsirsiz olması daha çox dərmanların “işləməməsi” ilə deyil, düzgün istifadə edilməməsi və müalicəyə vaxtında başlanmaması ilə bağlıdır.

Ekspert həmçinin skabiesin pis gigiyena ilə bağlı olduğu fikrini təkzib edib. Onun sözlərinə görə, tez-tez hamam qəbul etmək infeksiya riskinə təsir etmir, çünki milçəklər sabun və spirt tərkibli vasitələrə yaxşı davamlıdır. Skabies dəri ilə qısa müddətli təmas yolu ilə yoluxur, insan bədənindən kənarda isə parazitlər bir həftəyə qədər sağ qala bilir, lakin onların əsas yaşayış mühiti dəri olaraq qalır.(Publika.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri