Cahangir Hacıyevin səhhətində problem: Bacısı Prezidentdən kömək istəyir
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin səhhətində ciddi problemlər yarandığı iddia edilir.
"Yeni Sabah" gununsesi.info-ya istinadla xəbər verir ki, onun bacısı Əminə Hacıyeva qardaşının sağlamlıq vəziyyəti və saxlanıldığı müəssisədə tibbi xidmətin təşkili ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Ə.Hacıyeva müraciətində bildirib ki, uzun müddətdir müvafiq qurumlara etdiyi şikayətlər nəticəsiz qalır və qardaşına lazımi tibbi yardım göstərilmir. ShopByBro
“Artıq il yarımdır ki, Cahangirdə naməlum mənşəli səpkilər yaranır, ətrafları və üzü şişir. Hazırda hər iki gözü şişərək görmə qabiliyyətinin qismən itirilməsinə səbəb olub”, – deyə o, müraciətində qeyd edib.
Bacısının sözlərinə görə, həkimlər Cahangir Hacıyevdə neyrodermit xəstəliyindən şübhələnsələr də, müvafiq müalicə aparılmır.
Eyni zamanda, ailənin ixtisaslı tibbi yardım göstərilməsi üçün dəvət etdiyi həkimlərin onun yanına buraxılmadığı bildirilir.
Ə.Hacıyeva qardaşının son iki ay ərzində ürək-damar sistemi ilə bağlı da ciddi problemlər yaşadığını iddia edib.
“Ürəyin fəaliyyətində çatışmazlıq, güclü aritmiya, arterial təzyiqin kəskin dəyişməsi və nəbzin kritik dərəcədə aşağı düşməsi müşahidə olunur. Təcili tibbi yardım briqadası üç dəfə müəssisəyə çağırılıb”, – deyə müraciətdə vurğulanıb.
O, Cahangir Hacıyevin uzunmüddətli və hərtərəfli müayinəyə ehtiyacı olduğunu, xüsusilə ürək damarlarının diaqnostikası – koronoqrafiyanın təcili aparılmasının vacibliyini bildirib.
Müraciət müəllifi tibb müəssisəsində lazımi şəraitin olmadığını, tibbi personalın iş rejimində problemlər yaşandığını və təcili tibbi müdaxilə üçün dərman ehtiyatının saxlanılmadığını da iddia edib.
Əminə Hacıyevanın bildirdiyinə görə, qardaşı "Hashimoto" sindromu, aorta anevrizması, hipoksiya və digər xroniki xəstəliklərdən də əziyyət çəkir.
O, Baş Tibb İdarəsinin rəhbərliyi ilə keçirdiyi görüşlərin nəticəsiz qaldığını, Ədliyyə naziri ilə görüşmək üçün isə imkan yaradılmadığını qeyd edib.
“Bütün bunlar isə barakların həddindən artıq dolu olduğu şəraitdə baş verir”, – deyə Əminə Hacıyeva saxlanma şəraitinə də diqqət çəkib.
Müraciətinin sonunda Prezident İlham Əliyevdən məsələyə müdaxilə etməsini xahiş edən Hacıyeva yaranmış vəziyyətin həlli üçün dövlət başçısının şəxsi iştirakına ehtiyac olduğunu bildirib:
“Hörmətli cənab Prezident, Sizin köməyinizə ümid edirəm, çünki yaranmış vəziyyətin həllinə yalnız Sizin şəxsi iştirakınız kömək edə bilər”.
Qeyd edək ki, Cahangir Hacıyev 2001–2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, bankda baş vermiş maliyyə pozuntuları ilə bağlı cinayət işi üzrə məhkum edilib. 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əvvəlki cəzası da nəzərə alınmaqla 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Noyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















