Icma.az
close
up
RU
BAKI MƏKTƏBLƏRİNDƏ HİBRİD TƏHSİLƏ KEÇİD... Tıxaclara qarşı yeni model təklif olunur

BAKI MƏKTƏBLƏRİNDƏ HİBRİD TƏHSİLƏ KEÇİD... Tıxaclara qarşı yeni model təklif olunur

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər Bakıda nəqliyyat sıxlığının artması problemin həlli üçün alternativ yanaşmaların müzakirəsini aktuallaşdırıb. Xüsusilə səhər saatlarında məktəblərə gedən şagirdlərin və işə tələsən vətəndaşların eyni vaxtda yollara çıxması tıxacların daha da artmasına səbəb olur. Bu baxımdan məktəblərdə dərs qrafikinin dəyişdirilməsi, şagirdlərin növbəli şəkildə əyani və onlayn təhsilə cəlb olunması kimi təkliflər gündəmə gətirilir. 

Bəs belə bir model Bakıda nəqliyyat yükünün azaldılmasına kömək edə bilərmi? Təhsil prosesində hansı dəyişikliklərə ehtiyac var və bu yanaşma təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?

"AzPolitika"nın suallarını təhsil eksperti Fuad Hacıyev cavablandırıb:

-Məktəblərin dərs qrafikinin dəyişdirilməsi Bakıda nəqliyyat sıxlığının azalmasına real təsir göstərə bilərmi?

-Bəli, xüsusilə eyni yol qovşağından istifadə edən bir neçə məktəbin yerləşdiyi ərazilərdə bunun təsiri ola bilər. Tutaq ki, bir-birinə yaxın üç məktəbdə ilk zəng eyni vaxtda çalınır. Valideynlər də uşaqları dərsə çatdırmaq üçün təxminən eyni 15–20 dəqiqə ərzində həmin küçəyə daxil olurlar. Məktəblərin dərsə başlama saatları əlaqələndirilsə, bu sıxlığı səhər saatlarına daha bərabər bölmək mümkündür. Fransanın Renn şəhərində buna yaxın təcrübə var. 2025-ci ildə eyni metro xəttindən istifadə edən üç liseydə dərslərin başlama vaxtı dəyişdirildi. İki liseydə dərslər 15 dəqiqə, digərində isə 5 dəqiqə gec başladı. Məqsəd səhər şagirdlərin eyni vaxtda metroya axınını azaltmaq idi. Sinqapurda isə bəzi məktəblər ətraf küçələrdə avtomobil sıxlığını azaltmaq üçün giriş-çıxış saatlarını fərqləndirir, valideynlərin uşaqları harada düşürüb-götürəcəyini də əvvəlcədən müəyyənləşdirirlər.

-Şagirdlərin siniflər üzrə növbəli şəkildə əyani və onlayn təhsilə cəlb olunması nə dərəcədə məqsədəuyğundur?

-İbtidai siniflərdə belə bir modelə keçməyi məqsədəuyğun hesab etmirəm. Valideyn səhər işə gedirsə, həmin gün evdə qalan yeddi yaşlı uşağa kim nəzarət edəcək? Üstəlik, ailənin digər övladı məktəbə gedirsə, valideyn onsuz da həmin yolu qət etməlidir. Yuxarı siniflərdə isə bəzi dərsləri əvvəlcədən planlaşdırılmış günlərdə onlayn keçmək mümkündür. Sinqapurda orta və universitetə hazırlıq pillələrində ayda təxminən iki gün evdən öyrənməyə ayrılır. Mövzuları məktəb özü seçir. Evdə oxumaq üçün şəraiti olmayan və ya əlavə dəstəyə ehtiyac duyan şagird həmin gün də məktəbə gələ bilir. Bu modelin əsas məqsədi şagirddə müstəqil öyrənmə bacarığını inkişaf etdirməkdir. Məncə, Bakıda hibrid təhsilə daha geniş keçmək üçün ilk növbədə universitetlərə baxmalıyıq. Universitetdə dərs qrafikini dəyişmək məktəblə müqayisədə daha asandır. Məsələn, menecment ixtisasında oxuyan tələbənin həftənin beş günü də universitetə gəlməsinə nə ehtiyac var? Bir çox universitetdə nəzəri mühazirələrin bir hissəsini onlayn keçmək, seminarları, təqdimatları və qrup işlərini isə əyani dərs günlərinə toplamaq olar. Burada cədvəl elə qurulmalıdır ki, tələbə bir mühazirəyə görə şəhərin bir başından o biri tərəfinə getməli olmasın.

-Humanitar fənlərin onlayn, texniki və praktiki fənlərin isə əyani keçirilməsi modeli tətbiq oluna bilərmi?

-Mən bu bölgünü dərsin mövzusuna və məqsədinə görə aparmağı daha məqsədəuyğun sayıram. Məsələn, şagird tarix dərsi üçün iki fərqli mənbəni evdə oxuyub müqayisə edə bilər. Amma həmin mənbələrin eyni hadisəni niyə fərqli təsvir etdiyini sinifdə müzakirə etmək, öz fikrini əsaslandırmaq və başqa mövqeni dinləmək də tarix dərsinin vacib hissəsidir. Xarici dil dərsində də qrammatik tapşırığı evdə yerinə yetirmək olar, danışıq məşğələsində isə müəllim və sinif yoldaşları ilə canlı ünsiyyətin öz yeri var. Eyni yanaşma texniki fənlərə də aiddir. Şagird fizikadan təcrübənin nəzəri hissəsinə evdə hazırlaşıb ölçmələri məktəb laboratoriyasında apara bilər. Ona görə bütöv bir fənni onlayn təhsilə keçirməkdənsə, müəllimə hansı mövzunu hansı formada daha yaxşı öyrədə biləcəyini müəyyənləşdirmək imkanı vermək lazımdır. 

-Belə bir sistem təhsilin keyfiyyətinə və şagirdlərin bilik səviyyəsinə mənfi təsir göstərə bilərmi?

-Bəli, xüsusilə şagirdin onlayn dərsə qoşulmasını mövzunu mənimsəməsi kimi qəbul etsək, problem yaşanması mümkündür. Müəllim sinifdə uşağın məsələni hansı mərhələdə səhv həll etdiyini görüb yerindəcə izah verə bilir. Onlayn dərsdə də şagirdin müstəqil işini yoxlamaq və ona səhvini izah etmək üçün vaxt ayrılmalıdır. Bir ailədə iki uşağın eyni kompüterdən istifadə etdiyini də nəzərə almalıyıq. Hər ikisinin dərsi eyni saata düşürsə, onlardan biri dərsdən kənarda qalır. Ona görə sınaq müddətində şagirdlərin yazılı işlərinə, mövzunu sərbəst izah etmək və öyrəndiyini tətbiq etmək bacarığına baxmaq lazımdır. Xüsusilə əvvəldən dərslərində çətinlik çəkən uşaqların nəticələri diqqətdə saxlanmalıdır. Məktəbin qarşısında sıxlıq azalıbsa, amma həmin uşaqlar dərsdə daha da geri qalıblarsa, bu nəticəni uğurlu saymaq olmaz.

-Belə bir mexanizmi ilkin mərhələdə Bakı və Abşeronun tıxac probleminin daha kəskin olduğu ərazilərində sınaqdan keçirmək mümkündürmü?

-Məncə, ən düzgün yol budur. Eyni küçədən və ya yol qovşağından istifadə edən bir neçə məktəb seçilə bilər. Əvvəlcə uşaqların məktəbə hansı saatda və hansı nəqliyyat vasitəsilə gəldiyi öyrənilməli, sonra valideynlərin iş qrafiki və məktəblərin növbə rejimi nəzərə alınmaqla dərs saatları fərqləndirilməlidir. Bir yarımildən sonra həm yolda sərf olunan vaxtı, həm gecikmələri, həm də sıxlığın qonşu küçələrə keçib-keçmədiyini müqayisə etmək olar. Amma burada valideynin haqlı bir sualı var. Biz ona deyirik ki, uşağını məktəbə maşınla aparmasın. Bəs nə ilə göndərsin? Pik saatda nəfəs almağa belə yer olmayan avtobusla, yoxsa vaqona minib-düşməyin özü bir mübarizəyə çevrildiyi metro ilə? Valideyn səhər dayanacağa gələndə dolu avtobusu buraxıb növbətisini gözləməli olursa, ondan avtomobildən imtina etməsini gözləmək çətindir. Ona görə sınaq keçirilən ərazidə məktəb və universitetlərin qrafiki ilə yanaşı, ictimai nəqliyyatın əlçatanlığı da yaxşılaşdırılmalıdır. Səhər və axşam tələbatın yüksək olduğu marşrutlarda xəttə əlavə avtobus buraxılmalı, reyslər arasındakı interval sərnişin axınına uyğunlaşdırılmalıdır. Valideyn uşağının məktəbə ictimai nəqliyyatla vaxtında və təhlükəsiz çata biləcəyinə əmin olanda maşını evdə saxlamaq onun üçün real seçimə çevriləcək.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri