Icma.az
close
up
RU
“Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək”

“Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Liqasında sabah Estoniya qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Məşqçi kimi bir çox uğurlar qazanmısız. Sizi nə motivasiya edir?

– Həm futbolçu, həm də məşqçi karyeram olub. Xeyli müddətdir ki, bu işlə məşğulam. AFFA prezidenti ilə əlaqə saxladım. Daha sonra Azərbaycanda futbola nə qədər maraq olduğunu gördüm. Əsas məqsədim ölkədə futbolun inkişafına dəstək olmaq və Azərbaycanı yaxşı yerlərə qaldırmaqdır.

– Hər iki komanda əvvəlki matçlarda məğlub olub. Sabahkı oyundan gözləntiləriniz nədir?

– Estoniya millisinin bundan əvvəlki iki oyununa baxmışam. Həmçinin, ötən il keçirilən Azərbaycan – Estoniya matçını da izləmişəm. Slovakiya ilə görüşün ikinci hissəsini çox yaxşı keçirdilər. Futbol belə oyundur, qol vuran qələbə qazanır. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. 

– Sabah millimiz penalti vurmalı olsa, bu işi kimə tapşıracaqsız?

– Kimin vuracağını bilirəm. Amma bunu indi deməyəcəm.

– Estoniya millisi fiziki cəhətdən güclüdür. Həmçinin, onlar standart vəziyyətlərdə təhlükəlidir. Sabah millimiz fiziki cəhətdən tab gətirə biləcək? Ümumiyyətlə, standart vəziyyətlərə hazırlaşmısınız? 

– Mənim üçün vacib olan öz komandamdır. Qeyd etdiyim kimi, rəqibin oyunlarına baxmışıq. Görmüşün ki, onlar standart vəziyyətlərdə təhlükəlidir. Hücumda və müdafiədə öz mövqelərimizi bilirik. Komandam bununla bağlı məlumatlıdır. Futbolçularım əllərdindən gələnin ən yaxşısını etməyə çalışacaqlar.

– Milli komandanın lideri Emin Mahmudov klubunda problem yaşayır, son üç matçda oynamayıb. Onun psixoloji durumu yerində deyil. Amma Emin milli üçün vacib fiqurdur. Onu yenidən qazanmaq üçün söhbət etmisiz?

– Ciddi bir problem hiss etməmişəm. Əhval-runiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar. 

– Emin Mahmudov start heyətdə yer almasa, komandanın kapitanı kim olacaq?

– Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün. 

– Hansısa sürpriz hazırlamısız, yoxsa həmişəki oyununuzu oynayacaqsız?

– Öz fəlsəfəm var, komandaya bununla bağlı məlumat verilib. Müxtəlif taktikalarda oynaya bilərik. Heç bir sürpriz yoxdur. Ən əsası odur ki, oyunda dinamika olsun. Komanda olaraq addım-addım nəyəsə can atmağa çalışırıq. Get-gedə daha yaxşı olacağıq. Haradansa oyunçu gətirə biliriksə, hansısa mövqeni gücləndirə bilərik. Amma kimisə gətirə bilmərik. Azərbaycanda hansı futbolçular varsa, onlarla işləməliyik. Bu oyunçuları daha irəliyə aparmalıyıq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.

– Estoniya ilə matç Azərbaycan milli komandasının əsl gücünü bilmək üçün yetərlidir?

– Deməzdim ki, Estoniya millisi zəifdir. İlk oyunda 5 santimetrlik ofsayddan qol buraxdılar. Düşünürəm ki, rəqib hücumda oynayacaq. Amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Aprel 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri