Icma.az
close
up
RU
Çalışacağıq ki, pley offa vəsiqə qazanaq

Çalışacağıq ki, pley offa vəsiqə qazanaq

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futzal üzrə millimiz 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası zonası üzrə əsas mərhələsini adlayaraq pley-offa vəsiqə qazanmaq niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, bunu Futzal Federasiyasına açıqlamasında komandanın kapitanı Emin Kürdov deyib. Qapıçı rəqibləri tanıdıqlarını deyib:

"Çexiya ilə 2 il əvvəl yoldaşlıq oyunlarında qarşılaşmışıq. Düzdü, həmin matçlarda uduzmuşuq, ancaq rəsmi oyunların tapşırığı fərqli olur. Həmin görüşlər də göstərdi ki, Bakıdakı matçda qrupun favoriti sayılan çexlərlə başabaş mübarizə aparmaq olar. Bəlkə səfərdə də bunu etmək mümkündü. Onlarda da nəsildəyişmə prosesi gedir, gənc futzalçılar komandaya cəlb olunur. Hər şey hazırlıqdan, həmin oyunlar ərəfəsində futzalçıların durumundan asılı olacaq. Latviya ilə son illərdə klub səviyyəsində qarşılaşmışıq. Təbii ki, Çexiya millisi onlardan çox güclü rəqibdi. Normal qrupa düşmüşük. Hər rəqiblə oynamaq və meydandan xalla ayrılmaq olar. Çalışacağıq ki, minimum tapşırığı yerinə yetirib pley-offa vəsiqə qazanaq".


Futzalçı yoldaşlıq matçları keçirməyin vacibliyini də vurğulayıb:

"Yaxşı hazırlıq prosesi keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq. Sonuncu dəfə apreldə Qazaxıstan millisi ilə qarşılaşmışıq. Rəsmi görüşlərə qədər azı 2 oyun da keçirmək lazımdı. Hazırlıq, yanaşma necə olacaqsa, nəticə də ona uyğun olacaq. Komanda yoldaşlarıma inanıram. Mübariz kollektivimiz var. Qalır yaxşı hazırlaşmaq, tapşırıqları meydanda düzgün yerinə yetirmək. İnanıram ki, millimiz yenidən elit-raunda vəsiqə qazanacaq. Təbii ki, bu yolda azarkeşlərimiz də bizə dəstək olmalı, hər zamankı kimi zalda varlıqlarını hiss etdirməlidilər".


Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçi olduğu komanda 12-ci qrupda Çexiya və Latviya ilə qarşılaşacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri