Icma.az
close
up
RU
Camaat maşınını harada saxlasın? Deputatdan cəriməyə etiraz

Camaat maşınını harada saxlasın? Deputatdan cəriməyə etiraz

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər fərdi yaşayış evlərinin kənarında qalan ərazilərdə gül-çiçək, ağac əkilməsi və ya maşın saxlanılmasının “İnzibati Xətalar Məcəlləsi”nin 247-ci maddəsi ilə məsuliyyət yaratması barədə mətbuatda geniş kampaniya aparılır.

Bu iddialar vətəndaşlar arasında narahatlıq yaradıb, xüsusilə evlərin qarşısında və ya ətrafında istifadə olunan torpaq sahələrinin hüquqi statusu ilə bağlı suallar artıb.

Məsələnin bu formada təqdim olunması isə həmin normanın tətbiq dairəsi və hansı hallarda məsuliyyət yarandığı ilə bağlı müzakirələri daha da gücləndirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qanunlar düzgün başa düşülməli və insanlara əsassız cərimə tətbiq edilməməlidir:

“Bu barədə çoxsaylı insanlar zəng edib soruşur ki, bu normanı məcəlləyə nə vaxt daxil etmisiniz? Cavab verirəm ki, deyilənlər, eşitdikləriniz yanlışdır. İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə) cərimə nəzərdə tutulur.

Bu norma (ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət) 25-ci fəsildə nəzərdə tutulub. Torpaq Məcəclləsinin 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, torpaqlar bir neçə kateqoriyaya bölünür ki, onlardan biri də yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarıdır.

Məcəllənin 10-cu maddəsində deyilir ki, "torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir". 

Məcəllənin 18-ci maddəsinə görə, yaşayış məntəqəsinin ümumi istifadədə olan torpaq sahələrinə küçələr də aiddir. Ona görə yolun kənarına ağac, gül əkən sakin onu ümumi istifadə üçün əkir, şəxsi istifadəsi üçün bostan əkmir ki.

İnkişaf etmiş ölkələrdə yolların kənarına ağacları, gülləri bələdiyyələr əkir. Bunu vətəndaşlar edirsə, onlara təşəkkür etmək lazımdır”. 

O qeyd edib ki, o zaman fərdi yaşayış evinin kənarında avtomobil saxlamağa görə avtomobil sahibini cərimələmək olar ki, yola asfalt vurulsun, kənarına xətt çəkilsin və qadağanedici nişan qoyulsun:

“Bu yoxdursa, istənilən avtomobil sahibinin cərimələnməsi qanunazidd olacaq. Bakı şəhərində avtomobillərin saxlanması üçün parkinq yerləri olduqca azdır.

Camaat maşınını harada saxlasın? İnkişaf etmiş ölkələrin paytaxtlarında, məsələn, Londonda parkinq yerlərinin sayı avtomobillərin ümumi sayından iki dəfə artıqdır, bir avtomobilə iki parkinq yeri düşür. Bizdə isə bir parkinq yerinə 42 avtomobil düşür.

Bu məsələ dəfələrlə parlamentdə müzakirə olunub. Şəhərdə yaşıllıq az olduğundan oksigen normadan 29 % azdır. İnsanlar həm də buna görə özlərini yorğun hiss edir və immunitetləri zəif olur. Ona görə yersiz müzakirələr açmaqla insanları narahat etməyə dəyməz”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 May 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri