Icma.az
close
up
RU
Camaatımız nə istəyir?

Camaatımız nə istəyir?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənim doğulub-böyüdüyüm kəndin - Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndinin sakinləri maraqlı, çox anlamlı bir addım atdı. Dünən - mayım 18-də kəndə toplanaraq, kənd məzarlığını ziyarət ediblər, şəhidlərimizin xatirəsinə ehtiram göstəriblər. Sonra isə kənddə qismən salamat yeganə evin həyətində çadır quraraq, süfrə arxasında oturub, görüşüb dərdləşiblər.

Bu görüşə getməyi planlasam da, getmək istəsəm də, təəssüf ki, üzrlü səbəbdən mən bu görüşdə iştirak edə bilmədim. İnşallah başqa xoş günlərdə, xeyirli işlərdə hamılıqla görüşərik. Ümid edirəm, camaatımız bu cür elliklə öz kəndimizə yaşamağa da gedəcək bir gün. Xeyirdə, şərdə həmkəndlilərimlə tez-tez görüşürük. Hamı eyni sözü deyir. Hamı eyni fikirdədir, hamı eyni arzu ilə yaşayır. Mən də hesab edirəm ki, hər kəndin camaatı öz kəndində, öz torpağında yaşamalıdır. Bu, insanların təbii haqqıdır. Kim başqa yerdə, başqa şəhərdə, başqa kənddə yaşamaq istəsə, ona da heç kimin sözü yoxdur. İnsan yaşayış məskəni seçməkdə azaddır. O cümlədən, öz doğulub böyüdüyü, bir zaman yaşadığı, ona məxsus məkanda yaşamaq da insanın haqqıdır. Öz kəndi ilə, öz yurdu ilə görüşə eyni vaxtda bu qədər adam gedibsə, deməli, insanlar öz evini istəyir. Ömrünün qalanını öz torpağında yaşamaq, əkib-biçmək, qurub-yaratmaü istəyir. Nə qədər canı sağlamdır, insan öz dədə-baba yurduna, öz torpağına qovuşmaq istəyir. Axır gündə də öz torpağına qarışmaq istəyir. Bundan daha təbii nə var?

Mən bildiyim qədər bu görüşə 400 nəfərin gələcəyi gözlənilirmiş, bundan iki dəfə çox, yəni 800 nəfər gəlib. Çox böyük rəqəmdir. Nəzərə alaq ki, 1993-cü il avqustun 23-dək bu kənddə yaşamış insanların bir qismi məcburi köçkünlükdə - yurd həsrətilə dünyasını dəyişib. Bir qismi yaşlanıb, artıq uzaq yola çıxacaq fiziki imkanı qalmayıb. Bir qismi çörək dalınca qürbətə üz tutub. Bunları göz önünə gətirəndə, əlbəttə, 800 nəfərin bir çağırışla kəndə toplanması çox ciddi hadisədir. Bu qədər adam bir çağırışla kəndinin görüşünə gedibsə, deməli, hamının fikri, düşüncəsi birdir: günü sabah kəndə qayıtmaq.

Ancaq, təəssüf ki, bu arzu hələ də arzu olaraq qalır. Çünki iyirmi səkkiz-otuz il ərzində dağıdılmış Qarbağı bir gündə, bir ayda, bir ildə tikib-qurub başa gətirmək çətin işdir. Yüzillərlə salınmış, oturuşmuş bir kəndi bu cür dağıntıdan sonra yenidən bərpa edib, əvvəlki halına gətirmək asan gəlməsin. Həm də bu, bir kənd deyil, beş kənd deyil, yüzlərlədir. Hələ mən Füzuli, Ağdam, Cəbrayıl kimi yer üzündən silinmiş şəhərləri demirəm. Bu dağıdılmış yurd yerlərini yenidən bərpa etməyə dövlətin təkbaşına da gücü çatar, bunun üçün dövlət əlindən gələni də edir. Artıq böyük qayıdış başlayıb; Qarabağda xeyli insan artıq öz evinə-yurduna dönüb yaşayır. Artıq Qarabağda toy da çalınır, yeni ailələr də qurulur. Uşaqlar məktəbə də gedir... Ancaq bu miqyasda və bu cür düşməncəsinə talan edilmiş yaşayış məskənlərini dövlət qısa müddətdə yenidən qura bilməz. Hələ mən düşmənin əkdiyi mina tarlalarının təmizlənməsini demirəm. Çox ağır işdir, çox zəhmət, çox vaxt, çox resurs lazımdır. Hamısına dövlətin gücü çatmır. Əslində, çatar, amma, dediyim kimi, çox vaxt lazımdır. O cümlədən, insan resursu.

Mənim fikrimcə, Qarabağ, Şərqi Zəngəzur camaatının özü elə ən böyük resursdur. İnsanlar öz torpaqlarına qayıtmaq, öz evini yenidən tikmək, öz təsərrüfatını yaradıb, öz ata yurdunda yaşamaq istəyir. Buna ürəkdən can atır. Dövlət, bu ərazilərin yenidən bərpasında Qarabağ, Şərqi Zəngəzur camaatının öz imkanlarından da yararlana bilər. Heç olmasa, kəndləri, evlərin xarabalıqlarını minalardan təmizləmək, orda imkan yaratmaq olar ki, hərə öz evini özü tiksin, ya da bərpa etsin. Dövlət kömək göstərirsə, lap yaxşı. Çox sağ olsun. Mən əmin edirəm ki, hər kəs öz evini özü tiksə, dövlətin vəsaitinə də qənaət olunar. Evlər də keyfiyyətli, dayanıqlı olar. Yerli əhali özü bilir, harda eb tikmək olar, harda sel təhlükəsi yoxdur, harda su problemi olmayacaq. Elə kəndin yanından axan çayın yatağından topladığı daşdan da,qumdan da istifadə edər, kəndi basmış ağaclardan da istifadə edər. İnsan özü yaşamaq üçün ev tikirsə, nə daşdan kəsəcək, nə qumdan, nə sementdən. Dədə-babadan belə görmüşük. Hamı elliklə toplaşıb birinə ev tikib, sonra o birinə, sonra o birinə... Budur çıxış yolu. Hər kəs öz kəndinə, öz evinə dönüb, öz güzəranını qursa, dövlətin də yükü azalar. Odur ki, dövlətimizdən, dövlətimizin başçısından da camaatım adından bunu xahiş etmək istəyirəm. İnsanlarımız dövlətimizə, dövlət başçımıza, ordumuza çox minnətdardır; heç yuxuda görə bilməyəcəyimiz bir xəyalı gerçəyə çeviriblər. Torpağımız azad olunub, çox nəhəng quruculuq işləri də gedir. Qısa müddətdə bu qədər yol çəkilib, bu qədər evlər, infrasyruktur obyektləri qurulub. Bunlar asan deyil, böyük iş görülüb. Şəhərlər salınıt, hava limanlar tikilir. Körpülər, keçidlər və sair. Məskunlaşma da gedir. Bunlar təqdir olunası gözəl işlərdir. Ancaq bu işi sürətləndirmək üçün Qarabağın, Şərqi Zəngəzurun camaatının da imkanlarından istifadə etmək olar. Hər kəsin arzusudur ki, dövlətə kömək etsin. Bunu etmək üçün isə, sadəcə, imkan verilsin ki, hərə öz evinə, öz yurduna dönsün. Bəli, mərhələlərlə, ehtiyatla. Camaatımız bunu istəyir. Camaatımız istəyir ki, dövlətə öz minnətdarlığını təkcə quru sözlə deyil, həm də əməli işlə bildirsin. Məncə, bu, təbii və nəcib bir istəkdir. Həm də bu, təkcə bizim kənd camaatının deyil, bütün keçmiş köçkünlərin, bütün Qarabağlıların, Şərqi Zəngəzurluların istəyidir.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see301

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see218

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see203

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see194

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see189

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see185

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see176

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see171

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see168

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see166

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see166

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see164

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see163

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see157

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see154

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see154

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see153

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see152

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see151

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri