Icma.az
close
up
RU
Camış əti yemək olmaz? AÇIQLAMA

Camış əti yemək olmaz? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

AQTA tərəfindən keçirilən monitorinq zamanı mal əti adı altında satışa çıxarılan ətdə laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb, bu məntəqələrin fəaliyyəti dayandırılıb. Maraqlıdır, camış əti niyə problem yaradıb?

"Refresh Group" MMC adlı qida təhlükəsizliyi sahəsi üzrə konsultativ xidmətlər göstərən şirkətin İcraçı direktoru, qida üzrə ekspert Seymur Qafarov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunması məqsədilə 2023-cü ildən etibarən qüvvədə olan 523 saylı "Qida Təhlükəsizliyi Haqqında" Qanun mövcuddur. Həmin qanunun 17.2-ci maddəsinə əsasən, hər bir istehsal olunmuş, emal edilmiş və ya istehlaka hazır məhsulun üzərində mütləq şəkildə etiket məlumatları qeyd olunmalıdır:

“Bu etiket məlumatlarına aiddir: məhsulun adı, tərkibi, 100 qramlıq və ya 100 millilitrlik məhsulun qida və enerji dəyəri, istehsalçı şirkətin faktiki ünvanı, elektron poçt ünvanı və əlaqə vasitələri, məhsulun istehsal tarixi və son istifadə tarixi, saxlanma üçün nəzərdə tutulmuş temperatur və rütubət göstəriciləri. Bundan əlavə, məhsulun müvafiq sertifikatlara sahib olması şərti ilə beynəlxalq işarələnmə sistemində adlandırılmış loqolar da yerləşdirilə bilər. Məsələn, məhsulun orqanik olması, genetik modifikasiya olunmuş orqanizmlər (GMO) tərkibli olub-olmaması və ya beynəlxalq HAS sistemi və digər meyarlara uyğunluğu barədə loqolar etiketdə əks oluna bilər. Bu, qanunvericiliyin tələbidir”.

Mütəxəssis qeyd edib ki, əgər ət istehsalı müəssisəsində və ya heyvan kəsimi məntəqəsində istehsal olunan məhsul camış ətidirsə, bu, mütləq şəkildə etiketdə qeyd olunmalıdır və camış əti kimi satışa çıxarılmalıdır:

“Mal əti əvəzinə camış ətinin təklif olunması saxtakarlıq hesab edilir. Eyni zamanda əgər bazarda və ya ixrac bazarında at ətinə tələbat varsa, bu məhsulun da uyğun şəkildə etiketlənərək satılması mümkündür. Hər bir ətin spesifik xüsusiyyətləri və həmin ölkənin milli kulinariya ənənələrinə uyğun bişirilmə qaydaları mövcuddur. Buna görə də mal əti, dana əti, camış əti və ya at əti olduğu açıq şəkildə etiketdə qeyd edilməli, müvafiq laboratoriyalarda qida və enerji dəyərləri hesablanaraq etiket məlumatları hazırlanmalıdır. Bu tələblərə uyğun şəkildə satışa çıxarılan məhsullara hər hansı bir qadağa tətbiq edilmir. Lakin məhsulun bir növ ətdən hazırlanıb digər ət növü kimi satılması qadağandır. Məsələn, at ətinin mal əti kimi, camış ətinin isə dana əti adı ilə satılması qanun pozuntusudur”.

S.Qafarov istehlakçılara tövsiyə edib ki, ət məhsulu alarkən mütləq onun baytarlıq şəhadətnaməsini tələb etsinlər. Toyuq ətləri üçün ekspertiza sənədi də tələb edilə bilər. Məhsulun mənşəyi ilə tanış olduqdan sonra onu almaq daha təhlükəsizdir. Hazırda bazarda kifayət qədər paketlənmiş ət məhsulları mövcuddur və onların üzərində də müvafiq etiket məlumatları əks olunmalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri