Çanaqqalada bir kişinin başsız cəsədi tapıldı, həyat yoldaşı gözaltına alındı
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Çanaqqala şəhərinin Yenice rayonunda 60 yaşlı İsmail D. evində başı bədənindən ayrılmış halda ölü tapılıb. Hadisə ilə bağlı onun 56 yaşlı həyat yoldaşı Erebiş D. gözaltına alınıb.
Redaktor.az xəbər verir ki, Akçakoyun kəndində yaşayan və iki uşaq atası olan İsmail D.-dən üç gündür xəbər alınmırdı. Dostları vəziyyəti onun qardaşına bildirdikdən sonra qardaşı evə gələrək dəhşətli mənzərə ilə qarşılaşıb.
Hadisə yerinə gələn polis əməkdaşları İsmail D.-nin başını evdəki zibil qutusunda tapıb. Meyit araşdırılmaq üçün Yenice Dövlət Xəstəxanasının morquna aparılıb.
Polis araşdırmalar zamanı Erebiş D.-nin 3 gün əvvəl Çan rayonundakı oğlunun yanına getdiyini müəyyən edib. O, hadisə ilə bağlı gözaltına alınıb və istintaq davam etdirilir.
Kənan YUSİF
Baxış sayı:67
Bu xəbər 03 Fevral 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















