Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin 1-ci liqa təmsilçisi "Sakaryaspor"da gözlənilən ayrılıq rəsmiləşib.
QOL.az xəbər verir ki, mövsümə çempionluq hədəfi ilə başlayan, lakin son turlarda liqada qalmaq uğrunda mübarizə aparan "yaşıl-qaralar" təcrübəli müdafiəçi Caner Erkin ilə yollarını ayırıb.
Mövsümün əvvəlində böyük ümidlərlə heyətə qatılan 37 yaşlı sol cinah oyunçusunun Sakaryadakı karyerası qısa sürüb. Təcrübəli futbolçunun ayrılığının əsas səbəbi kimi onun nizam-intizam qaydalarını pozması göstərilir.
Qeyd edək ki, Caner Erkin "Sakaryaspor" forması ilə çıxdığı 12 matçda 4 dəfə qırmızı vərəqə alaraq vacib oyunlarda komandasını azlıqda qoyub.
Xatırladaq ki, Caner Erkin karyerası boyunca Türkiyənin aparıcı klubları olan "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş", eləcə də İtaliyanın "İnter" komandasında forma geyinib. O, həmçinin Türkiyə milli futbol komandasının da şərəfini qoruyub.
Baxış sayı:136
Bu xəbər 25 Fevral 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















