Canlı yayımda mikrofonu yerə atıb studiyanı tərk etdi Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandıraraq aparıcı Kristen Uelkeri qərəzli olmaqda ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp iyunun 2-də Kaliforniya ştatında keçirilmiş ilkin seçkilərdən danışarkən səslərin hələ də sayıldığını qeyd edib və bu səbəbdən yerli hakimiyyəti korrupsiyada günahlandırıb.
Aparıcının bu iddialarla razılaşmaması isə Ağ Ev rəhbərini qəzəbləndirib.
O, Uelkerin bu reaksiyasına sərt cavab verərək onun tərəfkeşlik etdiyini bildirib. Tramp “NBC News”la bərabər, ölkənin digər aparıcı media nəhəngləri olan ABC, CBS və CNN telekanallarını da qeyri-obyektivlikdə ittiham edib.
Müsahibənin sonunda emosiyalarını cilovlaya bilməyən ABŞ Prezidenti:
“Gəlin bitirək, bəsdir. Təşəkkür edirəm”, – deyərək pencəyindəki mikrofonu çıxarıb və yerə atıb. Daha sonra o, studiyanı tərk edib.
Baxış sayı:153
Bu xəbər 08 İyun 2026 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















