Məcburi bilet satışında adı hallanan müəllimlər barəsində tədbir görülüb RƏSMİ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinə özəl kurslardan birinin sınaq imtahanında iştirak etmək üçün məcburi bilet satıldığını iddia edən səs yazısı yayılıb.
Redaktor.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, iddialarla bağlı araşdırma aparılıb.
“Məktəbin direktoru səs yazısı barədə xəbər tutduqdan sonra sözügedən fəaliyyətin qarşısı alınıb. Sektor müdirinin bilet satışından xəbərdar olması və buna icazə verməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Məsələ ilə əlaqədar səs yazısında adları keçən müəllimlər barəsində müvafiq tədbirlər görülüb. Vurğulayırıq ki, şagirdlərin məcburi şəkildə bu cür fəaliyyətlərə cəlb edilməsi yolverilməzdir. Bu məzmunda daxil olan müraciətlər dərhal araşdırılır və araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq ölçü götürülür”, – deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 05 Noyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















