Canni İnfantino ilə Donald Tramp arasında telefon danışığı olub? FIFA dan açıqlama
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
FIFA prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Tramp və ya onun administrasiyası ilə telefon danışığı apardığı barədə yayılan məlumatlar təkzib edilib.
Moderator.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat verib.
Qurum Britaniyanın "The Times" qəzetində dərc olunan iddiaları "tamamilə uydurma" adlandırıb. FIFA bildirib ki, İnfantino son günlər ərzində nə Trampla, nə də onun administrasiyasının hər hansı üzvü ilə telefon danışığı aparıb.
Federasiyanın açıqlamasında qeyd olunub ki, bu bəyanat mediada yayılan mümkün siyasi əlaqələr barədə spekulyasiyalara son qoymaq məqsədi daşıyır.
FIFA beynəlxalq KİV-də yayılan məlumatların əsassız olduğunu vurğulayıb. Qurumun açıqlamasından sonra "The Times" öz iddiaları ilə bağlı əlavə şərh verməyib və mənbələri barədə məlumat açıqlamayıb. ABŞ administrasiyası da məsələ ilə bağlı açıqlama yaymayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Avqust 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















