Icma.az
close
up
RU
Elanı görüb 19 min manat ödədim Talassemiyalı uşaqların işində zərərçəkən

Elanı görüb 19 min manat ödədim Talassemiyalı uşaqların işində zərərçəkən

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin dindirilməsinə davam edilib.

Zərərçəkən Ramin İbrahimov bildirib ki, onun övladı talassemiya xəstəliyindən əziyyət çəkir. Ona Aynur Bayramovanı Türkiyədə çalışan həkim Həmidə Qarayeva tövsiyə edib. Zərərçəkən övladının əməlliyyatı üçün Aynur Bayramova vasitəsi ilə tanış olduğu Nuridə Seyidovaya 15 min dollar ödəyib. A.Bayramova ona deyib ki, N.Seyidova zərərçəkənin övladının əməliyyat pulunun qalan hissəsini sponsor kimi ödəyəcək.

Nuridə Seyidova bildirib ki, verilən pulun 10 min dollarını Aynur Bayramovaya verib. A.Bayramova bu iddianı qəbul etməyib.

Zərərçəkən Sevinc Səmədovanın həyat yoldaşı böyrək xəstəliyindən 2023-cü ilin avqustunda dünyasını dəyişib. O, bildirib ki, Gömrük Xəstəxanasının həkimi Mircəlal doktor onu Aysel Məmmədova ilə danışmağa razı salıb: "Mircəlal həkim mənə dedi ki, Aysel xanım kömək edə bilər. A.Məmmədovanın nömrəsini alıb onunla danışdım. O, söylədi ki, 45 min manat ödəməliyəm. Mircəlal doktor dedi ki, əməliyyatla bağlı narahat olmayaq. Daha öncə 5 nəfər əməliyyat edilib. Biz əlimizdəki pulları yığdıq. Bizə hətta yaxınlarımız kömək də etdi və 22 min 500 manat topladıq. Həmin pulu Aysel Məmmədovaya yanvarda verdik və o dedi ki, Nuridə Seyidova qalanını verəcək. O, sponsordur və xəstəxana ilə müqaviləsi var. Amma əməlliyyat baş tutmadı. Yoldaşımın vəziyyəti pisləşdi. Sonradan Aysel Məmmədova dedi ki, 10 günə məlumat verəcək və kömək ediləcək. Həmin müddətdən sonra yenidən A.Məmmədova ilə danışanda bildirdi ki, "Mircəlal həkim sizə məlumat verməyib? Polislər gəlib, istintaq gedir". Yoldaşımın vəziyyəti pisləşdi. Əməliyyat üçün pulumuz çatmadı. Onlara görə yoldaşım həyatını itirib.  Mircəlal həkim isə dedi ki, mənlik deyil".

O, əlavə edib ki, Aysel Məmmədova həmin puldan 15 min 500 manatı qaytarıb. Hazırda qalan 7 min 500 manatı tələb edir.

Zərərçəkən Tural Nəsmiyev Sevinc Səmədovadan soruşub ki, o pulu verdikdən 1 ay öncə - dekabrda təqsirləndirilən şəxslər barəsində polisə şikayət olunduğu ilə bağlı ona məlumat verilməyib? S.Səmədova bildirib ki, ona şikayətlə bağlı heç nə deyilməyib və yanvarda ödənişi edib.

Nuridə Seyidova isə bildirib ki, puldan xəbəri olmayıb.

Zərərçəkən Aytəkin İsayeva böyrəyindəki xəstəlikdən əziyyət çəkir. O, Nuridə Seyidovanı sosial şəbəkədəki elanda görüb. O, N.Seyidovaya 19 min manat pul ödəyib. Hazırda ondan şikayəti yoxdur, həbs olunmasını istəmir.

Nuridə Seyidova bildirib ki, zərərçəkənin qızı Aynur Bayramova ilə tanış olub. Onlar vasitəsi ilə N.Seyidova zərərçəkənlə tanış olub. Lakin, ondan 6 min manat pul alınıb. Aytəkin İsayeva isə Aynur Bayramovanı tanımadığını bildirib.

Digər zərərçəkən Elxan Əliyevin ifadəsi zamanı zalda Aynur Bayramovanın təzyiqi qalxıb. O, həkimin müayinəsindən sonra zaldan çıxarılması lazım olub. Aynur Bayramova bildirib ki, serroz xəstəsidir və əməliyyata ehtiyac var: "Mənim tək günahım xəstələrin yanında olmaq olub. Xəstələrin yanında olduğum üçün hazırda əziyyət çəkirəm".

Növbəti proses fevralın 19-na təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri