Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Çap mediasını nə gözləyir? ŞƏRH

Çap mediasını nə gözləyir? ŞƏRH

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Son günlər çap mediasının perspektivi ilə bağlı müzakirələr aktuallaşıb. Bəzi qəzet baş redaktorları çap mediasının yaşamaq və inkişaf etmək şansının hələ qaldığını iddia etsələr də, araşdırma və təhlillər parlaq perspektiv vəd etmir. 

Statistika nə deyir? 

Azərbaycanda print mediaya dövlət dəstəyi 2009-cu ildən etibarən göstərilir. 

Hazırda Medianın İnkişafı Agentliyinin (MEDİA) “Çap mediası subyektlərinə dəstək” müsabiqəsi çərçivəsində 17 ictimai-siyasi qəzet maliyyələşdirilir. Həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər üçün aylıq yardım 15 000, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər üçün isə 5000 manat nəzərdə tutulub. Qəzetin eyniadlı veb-saytı üçün isə aylıq 3 000 AZN maliyyə dəstəyi ayrılır. 

MEDİA hətta qəzetlərin abunə sayının artırılması üçün stimullaşdırıcı addımlar da nəzərdə tutub. Belə ki, qəzetin fiziki şəxslərdən ibarət abunə sayının artması halında, məsələn, hər əlavə 500 abunə üçün aylıq 200 AZN bonus, hər əlavə 1000 abunə üçün aylıq 400 AZN bonus da müsabiqə şərtlərində qeyd olunub. Hazırda ölkədə 6 qəzet gündəlik, 11 qəzet isə həftəlik çap üçün maliyyə dəstəyi alır. 

Çap mediası aktuallığını tam itirib

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə qəzetlərə dövlət dəstəyi proqramı ilə bağlı sərəncamı print medianın ömrünü uzatdı. O zaman yeni medianın sürətli inkişafı, Azərbaycanda internet məkanının azad olması, elektron  media industriyasının sürətli inkişafı qəzetlərin rentabelliyini kəskin azaltmışdı.  Ötən 16 il isə nəinki ölkəmizdə, ümumilikdə qlobal məkanda qəzetləri biznes subyekti kimi tamamilə sıradan çıxarıb. 

Çap industriyası ümumilikdə əlçatımlılıq, operativlik və Z nəslinin tələbləri baxımından aktuallığını itirib. Rqəmsal transformsiyalar o qədər sürətlə baş verir ki, məlumat üçün bir neçə saniyə gözləmək belə vaxt itkisi hesab olunur. 

Buna görə də müasir informasiya mühitində məlumatın ötürülməsində sürət amilinin həlledici rol oynadığı, reklam bazarının isə getdikcə onlayn platformalara yönəldiyi şəraitdə çap, kağız və yayım kimi əlavə xərclər tələb edən ənənəvi qəzetçiliyin köklü şəkildə forma və məzmun transformasiyasına uğraması zəruridir. Bu reallığın qəbul edilməsi artıq qaçılmazdır. Beynəlxalq təcrübə də təsdiqləyir ki, klassik jurnalistikanın əsas daşıyıcısı olan ənənəvi media subyektlərinin müasir informasiya məkanında rəqabət qabiliyyətini qorumaq və fəaliyyətini davam etdirmək üçün yeganə effektiv yol məhz yeni mediaya inteqrasiya və rəqəmsal transformasiyadır. Bu isə artıq yeni media alətləri ilə işləyən industriya deməkdir, yəni klassik media ənənələri ilə vidalaşmaq lazımdır.

Mühafizəkar düşüncə tərzi, yoxsa “tənqdi azlığı”?

Çap mediası subyektlərinin əksəriyyətində isə hələ də mühafizəkar düşüncə tərzinin daşıyıcısı olan menecment fəaliyyətdədir. Bu isə qəzetlərin müasir media mühitinə adaptasiyasını ciddi şəkildə ləngidən amillərdəndir. Bu amil həm mövzuların seçimi və işlənməsi prosesində, həm də hədəf auditoriyanın düzgün müəyyənləşdirilməməsində özünü aydın göstərir. Nəticə etibarilə, qəzetlər yeni nəsil – gənc oxucu auditoriyası üçün əvvəlki dəyərini və cəlbediciliyini itirir. Bu da onların ümumi informasiya bazarında rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. 

Bəzi hallarda qəzetlərə olan oxucu marağının azalması əsassız şəkildə çap mediasında tənqidi məqalələrin dərcinə imkan verilməməsi ilə izah olunur. Bu yanaşma reallığı əks etdirmir, çünki ölkədə bütün növ media subyektləri üçün bərabər fəaliyyət şəraiti və ifadə azadlığı təmin edilmişdir. Televiziya kanallarının, informasiya agentliklərinin və veb-saytların tənqidi materiallar yayımladığı mövcud informasiya mühitində qəzetlərin bu istiqamətdə passivlik nümayiş etdirmələri yalnız onların redaksiya siyasəti və peşəkarlıq səviyyəsi, öz seçimləri ilə bağlıdır.

Print media menecerlərinin arqumentlərindən biri isə çap mediası üçün satış bazarının olmamasıdır. Məsələ ondadır ki, satış şəbəkəsi özü də biznes industriyasıdır. Pərakəndə və ya topdan satışla məşğul olan şirkətlər məhsulun daşınması, saxlanılması, satılmadığı halda geri qaytarılması üçün əlavə xərclər tələb edirlər. İqtisadi formulaya görə, bazar “tələb-təklif” qaydası ilə işləyir. Əgər bazarda qəzetə təlabat yoxdursa, bu sahəyə əlavə dotasiyanın ayrılması heç bir perspektiv vəd etməyən sahəyə investisiya edilməsidir. Əlbəttə ki, belə biznes modeli yoxdur. 

Menecerlərin qəzetlərini salnamə, tarixi sənəd kimi təqdim etmələri ilə bağlı arqumentlə razılaşmaq mümkündür. Amma “bir gün internetin yox olacağı!”, “sayt fəaliyyətini dayandıranda arxivi itir” kimi arqumentlər artıq zəifdir. 

Bu gün dövlətlərarası yazışmalar, mühüm dövlət məlumatları, arxivlər elektron sistemlərdə toplanır. Ölkənin elektron və online informasiya resurslarının datalarının qorunması üçün əlavə tədbirlərə, elektron data məlumat sistemlərinə ehtiyac var. Lakin bu, indiki halda qəzetlərin online resurslardan daha mühüm “tarixi sənəd” statussunda olduğunu göstərmir. Çünki elektron informasiya bazalarında qəzetlə müqayisə olunmaz dərəcədə çox məlumat toplanır. Bu məlumatların təhlil edilməsi, araşdırılması və proqnozlarda istifadə edilməsi, beynəlxalq məlumat və axtarış sistemlərinə inteqrasiya edilməsidaha əlçatan və asandır.
Qəzetlərin online resursları niyə effektli deyil? 
Medianın İnkişafı Agentliyi artıq 4 ildir ki, həm onlayn, həm də çap mediası subyektlərinin veb-saytlarına bərabər həcmdə maliyyə dəstəyi göstərir. Yeri gəlmişkən, eyni həcmdə vəsait ayrılmasına baxmayaraq, qəzetlərin veb-saytlarında inkişaf dinamikası müşahidə olunmur. Onlayn media subyektləri isə dövlət dəstəyindən səmərəli şəkildə yararlanaraq həm texniki imkanlar, həm də jurnalist peşəkarlığı baxımından nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə ediblər.

Çap mediası subyektlərinin rəqəmsal texnologiyalardan və innovativ alətlərdən səmərəli şəkildə yararlanmamaları da mövcud durğunluğun əsas səbəblərindən biridir. Müasir dövrdə media məhsullarının təqdimatında multimedialı yanaşma, sosial şəbəkə inteqrasiyası, analitika və auditoriya monitorinqi kimi alətlərin tətbiqi vacib şərtə çevrilib. Lakin bir çox qəzet redaksiyaları hələ də bu imkanlardan istifadə etmir, nəticədə həm oxucu ilə interaktiv əlaqə zəifləyir, həm də bazar rəqabətində üstünlük qazanmaq imkanı itirilir.

Qəzetləri nə gözləyir?

Çap mediası ilə bağlı aparılan təhlil göstərir ki, qəzetlər analitik yazıları, təhlilləri və eksklüzivliyi artırmaqla müəyyən qədər cəlbedici ola bilərlər. İndiki reallıqda gündəlik rejimdə buna nail olmaq mümkün deyil. 

Qəzetlər üçün ən optimalı həftəlik nəşr olunmaqla analitik təhlillər, araşdırmalarla eksklüzivliyi təmin etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see676

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see645

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see642

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see506

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see467

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see455

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see432

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see345

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see316

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri