Icma.az
close
up
RU
Çaqqal var gödən dağıdır, canavarın adı bədnamdır, Zaxarova!

Çaqqal var gödən dağıdır, canavarın adı bədnamdır, Zaxarova!

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez təhqir edir.


Adalet.az xəbər verir ki, bu dəfə o Vladimir Zelenskini  “öz ambisiyalarının qurbangahında” Ukrayna vətəndaşlarını qurban verdiyi üçün tarixə canavar kimi düşəcəyini bəyan edib.
Rusiya rəsmisinin sözlərini Sputnik radiosu yayıb.
Zaxarova fikirlərinə bu sözləri də əlavə edib:“Çünki o, öz ölkəsinə nələr etdiyini, onun tarixində, bir çox başqa ölkələrin də tarixində, ümumiyyətlə, dünya tarixində əbədi olaraq qalacağını başa düşmür. Zelenski tarixə öz vətəndaşlarını öz ambisiyalarının, axmaqlığının, nadanlığının, dar düşüncəsinin, ləyaqətsizliyinin, bütün ehtiraslarının qurbangahında qurban verən canavar kimi düşəcək”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onu əsəbləşdirən səbəbi də bəyan edib. Deyib ki, Ukrayna Ukrayna hərbçilərinin, eləcə də dəfələrlə vətənə qayıtmaq arzusunda olan hərbi əsirlərin cəsədlərini geri almaq istəmir.

Qeyd edək ki, Rusiya -Ukrayna  müharibəsi başlayandan Zaxarovanın müharibə ilə bağlı bütün açıqlamaların Zelenskini təhqir cümlələri var: O Ukrayna liderini ""qərbin tulası",  “kloun” və “butaforik lider”, “Zelenskinin təkcə vaxtı keçməyib, o, həm də iylənib”, "narkoman" adlandırıb.
Maraqlıdır ki, Zaxarovanın sonuncu açıqlamasından dərhal sonra Ukrayna Hərbi Hava Qüvvələri Kursk vilayətinin Tetkino kəndinə zərbələr endirib.
Məlumata görə, iki F-16 təyyarəsi yaşayış məntəqəsinə idarə olunan bombalar atıb.


P.S. Zaxarova Zelenskiyə elə hiddətlənir ki, onu " öz vətəndaşlarını öz ambisiyalarının, axmaqlığının, nadanlığının, dar düşüncəsinin, ləyaqətsizliyinin, bütün ehtiraslarının qurbangahında qurban verən canavar" kimi elə təhqir edir ki, adamın yadına bir atalar sözü düşür: Çaqqal var gödən dağıdır, canavarın adı bədnamdır...
Vallah elə bil, Zelenski Rusiyaya işğalçı hücumu başladıb, günahsız insanları raketlərlə vurmaq , onların gözünü qorxutmaq da Zelenskinin ideyasıdı. Putin sadəcə" aydan arı, sudan duru" dur Zaxarovanın gözündə...
Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri