Eşqinin sevinci: “Hər şey üst üstə gəldi”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Azərbaycan yığmasının futbolçusu Eşqin Əhmədov yoldaşlıq görüşündə Andorraya qalib gəldikləri matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, debüt matçında qol vuran futbolçu qələbədən sonra bunları dedi:
– “Zirə” ilə oyundan sonra milli komandaya dəvət aldınız, həm də debüt etdiniz və qol vurdunuz. Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdim.
– Oyuna yaxşı hazırlaşmışdıq. Baxmayaraq ki, yoldaşlıq görüşüdür, qələbə qazanmalı idik. Çünki bizim formamızda Azərbaycan bayrağı var. Bizə yalnız qələbə yaraşır. İlk oyunumda da qol vurdum. Çox sevincliyəm, hər şey üst-üstə gəldi. Allaha şükürlər olsun.
– Milli komandaya dəvət almağınızı eşidəndə daha çox sevinmişdiniz, yoxsa qol vuranda?
– Hər ikisinə də çox sevindim. Qol vurmaq tamam ayrı bir hissdir. Şükürlər olsun.
– Bəs bundan sonrakı karyeranızı həm millidə, həm də klub səviyyəsində necə görürürsünüz?
– Mən çalışmağa davam edəcəyəm, inşallah milliyə davamlı dəvət alaram. Klubda da qollar vurar, məhsuldar ötürmələr edərəm. Milli komandada da bunun üçün çox çalışacağam.
– Klub karyeranızda adətən dördlü müdafiədə oynamısınız, amma millidə fərqli oldu. Yəqin ki, Ayxan Abbasovun olduğu müddətdə də belə olacaq. Bu sizə hansısa bir narahatlıq törətməyib?
– Xeyr, mən çox vaxt beşli müdafiə sistemində oynamışam. Yeni baş məşqçimiz gəldi, ondan sonra dördlüdə oynadıq. Milli komandada da beşli sistemdə oynayırıq. Mənim üçün normaldır.
Futbolpress.az
Andorra
Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
Futbolpress.az
Andorra
Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
Futbolpress.az
Andorra
Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
Futbolpress.az
Andorra
Medianın Andorra səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















