Icma.az
close
up
RU
Cari ilin 9 ayında “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 3 min 65 müraciət daxil olub

Cari ilin 9 ayında “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 3 min 65 müraciət daxil olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 noyabr, Nailə Həsənova, AZƏRTAC

Cari ilin iyul-sentyabr aylarında “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ümumilikdə 3 min 65 müraciət daxil olub.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova məlumat verib.

Onun sözlərinə görə, aparılan təhlil nəticəsində daxil olan müraciətlərin 1009-nun psixoloji problemlərlə, 194-nün təhsil, 639-nun sosial (diləndirilmə, sığınacağa yerləşdirmə, sosial-maddi rifah, erkən nikah, insan alveri), 619-nun hüquqi, 38-nin səhiyyə sahəsi, 566-nın isə zorakılıq halları ilə bağlı olduğu müəyyənləşib: “Bu 9 ay ərzində psixoloji və fiziki zorakılıq halları ilə əlaqədar müraciətlər ilk sıradadır. Zorakılığın növünə görə müraciətlərin sayına görə təsnifatı da aparılıb: psixoloji 227, fiziki 205, cinsi 28, etinasızlıq 79, kiber 27. Qeyd edim ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda, hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin olunması məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirilmə tədbirləri həyata keçirilir. Yanvar-sentyabr ayları ərzində qaynar xəttin tanıtım proqramı çərçivəsində instaqram, feysbuk və “TikTok” hesablarındakı izləyici sayında artım müşahidə olunub”.

Cəmilə Bağırova bildirib ki, ümumilikdə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 2010-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək 79 min 767 müraciət daxil olub: “Layihənin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, onların müraciətlərini digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir. Xidmətin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar hər bir şəxsi əhatə edir. Təklif olunan xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial-təhlükəli vəziyyətdə yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan hər bir uşaq və uşağın problemi ilə bağlı hər kəs üçün nəzərdə tutulub”.

Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil nömrə, elektron poçt, internet səhifəsi, feysbuk, instaqram və “TikTok” sosial şəbəkələri, İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir. Xidmətə daxil olan bütün məlumatlar məxfi saxlanılır. Yalnız ehtiyac yarandıqda, əgər problemin həlli bunu tələb edirsə və müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq təşkilat və şəxslərə ötürülə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri