CASCFEN və “Ulduzlar” Ədəbi Məclisi arasında əməkdaşlıq protokolu imzalanıb FOTO
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özünün türk dünyasındakı geniş fəaliyyəti ilə tanınan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) ölkə daxilində də fəal iş aparmaqda davam edir.
Doğru.az xəbər verir ki, qurum bu dəfə Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi ilə əməkdaşlıq protokolu imzalayıb.
CASCFEN-dən bildirilib ki, sənədi qurumun sədri, Əməkdar jurnalist Nadir Azəri və “Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu imzalayıb.
Protokola əsasən tərəflər gələcək fəaliyyətlərini əlaqələndirəcək, bir-birinə ictimai və media dəstəyi göstərəcək. CASCFEN həmçinin “Ulduzlar”ın kitabxanasına müxtəlif janrlarda kitablar hədiyyə edib.
Qeyd edək ki, 2003-cü ildə yaradılmış CASCFEN beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mühüm layihələr həyata keçirir.
DOĞRU.AZ
Baxış sayı:96
Bu xəbər 06 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















