Icma.az
close
up
RU
Sumqayıtda ədəbi yubiley məclisi

Sumqayıtda ədəbi yubiley məclisi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt Poeziya Evində tanınmış şair Zirəddin Qafarlının 70 illik yubileyi və yeni şeirlər kitabının təqdimatı   keçirilib.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri,  şair İbrahim İlyaslı şairin ədəbiyyatımızdakı mövqeyini, yaradıcılıq özəlliklərini incələyib. Sumqayıt Şəhər İcra Hakimiyətinin şöbə müdiri Fərman Kazımov rəhbərlik adından yubilyarı təbrik edərək, Sumqayıt ŞİH-nin hədiyyəsini ona təqdim edib.

“Ulduz” ədəbi-bədii jurnalının şöbə müdiri, şair Dayandur Sevgin və AYB Sumqayıt Bölməsinin sədri, şair Gülnarə Cəmaləddin yubilyara ən xoş arzularını çatdırıblar. Milli Məclisin deputatı Aydın Hüseynov çıxışı zamanı Zirəddin Qafarlını uzun illər ərzində tanıdığını və onun yaradıcılığını diqqətlə izlədiyini vurğulayıb. “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov qurumun təsis etdiyi “Mikayıl Azaflı-100” medalını, plaketi və şairin şeirlərindən ibarət “Ömrüm nağıl oldu” kitabını yubilyara təqdim edib.

Sumqayıtlı şair, ­Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli, eləcə də Musa Ələkbərli, İslam Sadıq, Rəfail İncəyurd, Rafiq Yusifoğlu, Aləmzər Sadiqqızı,  yubilyarın M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunda tələbə yoldaşları olmuş Murad Köhnəqala və Nazim Əhmədli, Sumqayıt Teatrının aktyoru, Əməkdar artist İzaməddin ­Bağırov və başqaları şairə ürək sözlərini çatdırıblar. Aşıq Şəhriyar Qaraxanlı Zirəddin Qafarlının şeirlərini saz havası ilə səsləndirib. 

Sonda yubilyar məclis iştirakçılarına təşəkkürünü bildirib və onlara imzalı kitablarını hədiyyə edib.

XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see264

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see244

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see194

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see190

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see187

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see184

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see182

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see179

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see178

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see169

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see168

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see167

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see166

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see165

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see164

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see160

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see156

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see156

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see155

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri