Icma.az
close
up
RU
Cavad Cavadov: “Məhkəmələrdə azadlıq və günahsızlıq prezumpsiyası real işləməlidir” Bəraət hökmü sensasiya yox, normal nəticə kimi qarşılanmalıdır

Cavad Cavadov: “Məhkəmələrdə azadlıq və günahsızlıq prezumpsiyası real işləməlidir” Bəraət hökmü sensasiya yox, normal nəticə kimi qarşılanmalıdır

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bugünlərdə Azərbaycan vəkilləri özlərinin peşə bayramını qeyd edib. Sirr deyil ki, ölkəmizdə vəkillik institutunun inkişafı ilə bağlı bir sıra addımlar atılıb.

Bununla belə öz fəaliyyətində prinsipiallığı ilə seçilən  vəkillərin cəzalandırılması kimi hallar da baş verib. 

Gununsesi.info-nun əməkdaşı  tanınmış vəkil Cavad Cavadovla vəkillik  institutunun fəaliyyəti haqqında danışıb.

Cavad müəllim, Siz ölkədə tanınmış vəkillərdən birisiniz. Keçən ay vəkillərin peşə bayramı oldu. Bu bayramı hiss etdinizmi? Ötən illərə baxanda  vəkilliyin nüfuzunu necə qiymətləndirirsiniz?

Bəli, bitən illərə nisbətən vəkillərin peşə bayramı hiss olunandır. Çosaylı təbriklər alırıq. Vəkilliyin nüfuzu artır. Vəkillərin iş şəraiti və digər məsələlərlə bağlı çox müsbət addımlar atılıb. Amma bütövlükdə vəkilliyin nüfuzu ölkədə ədalət mühakiməsinin nüfuzundan asılıdır.

Ədalət mühakiməsinin nüfuzunun ən real indikatorlarından biri ölkədə bəraət hökmləridir. Bizdə isə təəssüflər olsun ki, bu göstərici illərdir ki,  ümumi hökmlərin 1–2 faizini belə aşmır. Bu da azmış kimi, artıq uzun illərdir ki, həbsqətimkan tədbiri məhkəmələrdə “default” praktikaya çevrilib.

Qanunda nəzərdə tutulan “girov” qətimkan tədbiri isə mənim bildiyim qədər 25 ildə cəmi bir dəfə tətbiq olunub, həmin qərarı da prokuror protesti əsasında Bakı Apellyasiya Məhkəməsi dərhal ləğv edib. Yəni sistemin “azadlıq lehinə” refleksi işləmir. Biz əsas problemi burada görürük.

Siz bəraət hökmlərini əsas indikator adlandırdınız. Bəraət niyə bu qədər azdır?

– Çünki sistemin içində illərlə formalaşmış bir məntiq var: cinayət işi başlanıbsa, sanki mütləq hökm də ittihamedici olmalıdır. Halbuki, normal hüquq sistemində cinayət mühakiməsinin məqsədi “mütləq məhkumetmə” deyil, həqiqətin tapılmasıdır. Əgər sübut çatmırsa, bəraət hökmü normal nəticə olmalıdır. Bizdə isə bəraət çox vaxt “istisna” kimi görünür və bu istisnanın üzərinə dərhal başqa mexanizm işə düşür: mübahisələndirmə.

Elə əsas sual da budur: Niyə bəraət hökmləri dövlət ittihamçısı tərəfindən kütləvi şəkildə, sona qədər mübahisələndirilir?

-Burada söhbət təkcə “qanuni hüquqdan istifadə”dən getmir. Bu, daha çox institusional refleks və korporativ məsuliyyət mexanizmidir.

Bəraət hökmü prokurorluq sistemində tək bir işin uduzulması kimi deyil, çox vaxt daha geniş mənada qəbul edilir: istintaqın, ittiham aktının, həbslə bağlı mövqenin, ümumiyyətlə “işin quruluşunun” sual altına düşməsi kimi. Və belə olanda prokuror üçün ən “təhlükəsiz” davranış çox vaxt budur ki, mübahisəni yuxarı instansiyaya daşımaqdan ibarətdir. Bu, həm hesabatlılıq psixologiyasıdır, həm də “biz sona qədər getdik” təsəvvürünün yaratdığı komfort zonası.

– Çoxsyalı məhkəmə proseslərində də  açıq-aşkar ittiham sübuta yetirilmədiyi hallarını görmüşük. Amma bununla  belə dövlət ittihamçısının ittihamdan imtinası baş vermir? Sizcə, bu niyə olmur?

– Çünki ittihamdan imtina etmək burada hüquqi addım olmaqdan daha çox “institusional etiraf” kimi görülür. Yəni sanki “biz səhv etmişik” deməkdir. Bu da sistem daxilində arzuolunan davranış sayılmır. Nəticədə, hətta işdə sübutlar dağılırsa belə, prokuror çox vaxt ittihamı “axıra qədər” daşıyır.

Üstəlik, unutmayaq: prokurorluq mərkəzləşmiş strukturdur və çox funksiyalıdır — istintaq, istintaqa nəzarət, dövlət ittihamı, qərarlardan protest… Bu qədər səlahiyyətin bir institutda cəmlənməsi istər-istəməz “korporativ maraq” yaradır. Bəraət hökmü həmin korporativ marağa zidd görünür və ona görə də “hər vəchlə” mübahisələndirilir.

Yuxarı instansiyaların prokuror protestinə və müdafiə şikayətinə fərqli yanaşdığını həqiqətən hiss olunandırmı?

-Mən müdafiəçi kimi praktikada bunu çox aydın görürəm. Prokuror protesti sistemdə daha “ağır çəkili” qəbul olunur, müdafiənin şikayəti isə bəzən formalizmin içində “əriyib gedir”. Təbii ki, hər iş fərqlidir, amma ümumi tendensiya  protestin təmin olunmasına meyilliliyin  güclü olduğunu göstərir.

Nəticə nə olur? Onsuz da nadir tapıntı olan bəraət hökmləri bəzən yuxarı instansiyalar tərəfindən ləğv olunur. Bu isə cəmiyyətə, hüquq ictimaiyyətinə və hətta birinci instansiya hakimlərinə çox təhlükəli mesaj verir ki, “bəraət çıxarsan, tək qalacaqsan”.

Bu vəziyyətin insanlara və hüquqi mühitə təsiri nədir?

-Ən ağır təsir hüquqi müəyyənliyin dağılmasıdır. Adam bəraət alır, amma rahat nəfəs ala bilmir — çünki bilir ki, mübarizə indi başlayır: apellyasiya, kassasiya, illərlə davam edən proses. Hüquqi sistem insanı “azad edəndə” də onu azad buraxmırsa, burada problem tək bir iş deyil — problem sistemin özündədir.

İkinci təsir isə məhkəmələrdə “azadlıq lehinə qərar” mədəniyyətinin sönməsidir. Həbsqətimkan tədbirinin normaya çevrilməsi də bunun ən acı göstəricilərindən biridir.

Çıxış yolu nədir? Sizcə nə dəyişməlidir?

– Məncə, iki istiqamət paralel getməlidir.

Birincisi, protestin avtomatizmə çevrilməsinin qarşısı alınmalıdır. Yəni hər bəraət hökmünə “mütləq protest” yox, konkret hüquqi əsas olmalıdır: ciddi prosessual pozuntu, maddi hüququn açıq səhv tətbiqi və s. Sadəcə “nəticə xoşumuza gəlmir” yanaşması olmamalıdır.

İkincisi, məhkəmələrdə azadlıq və günahsızlıq prezumpsiyası real işləməlidir. Bəraət hökmü sensasiya yox, normal nəticə kimi qarşılanmalıdır.  Girov kimi alternativ qətimkan tədbirləri kağız üzərində yox, praktikada yaşamalıdır.

– Azərbaycanda azsaylı prinsipial, sevilən vəkillərdən birisiniz. Bugün ölkədə kifayyət qədər gənclər var ki, vəkilliyi seçib. Digər həmkarlarınıza nə arzu edərdiniz?

– Mən vəkillərə arzu edirəm ki, onların əməyinin dəyəri ədalətli məhkəmə praktikası ilə təsdiqlənsin. Vəkilliyin nüfuzu müstəqil məqsəd deyil — o, ədalət mühakiməsinin güzgüsü olmalıdır.

Pərviz Həşimli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri