Icma.az
close
up
RU
Vaqif Cavadov: Səhvlərdən nəticə çıxaracağıq

Vaqif Cavadov: Səhvlərdən nəticə çıxaracağıq

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sumqayıt" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ" 0:5 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ümid edirəm ki, oyun haqda danışanda məni yaxşı başa düşəcəksiz. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibi təbrik edirəm. Bu, bizim üçün bir təcrübədir. Yuxarı pillələr uğrunda oynamaq üçün daha çox işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandamdan razıyam. Fərdi səhvlər oldu. Bu, futboldur. Rəqib çox üstün idi. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracağıq. Qarşıda "Kəpəz"lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmaq üçün gün vaxtımız var.

- Rəşad Əzizliyə niyə şans vermirsiz?

- Rəşadla heç bir problemim yoxdur. Mən gələndə komandaya yeni qoşulmuşdu. Ondan əvvəl ikinci qapıçı Xəyal Fərzullayev idi. Hər üç qapıçıya çox güvənirəm. Şans yaransa, Rəşad da, Xəyal da meydanda olacaq.

- Müvəqqəti baş məşqçi təyin olunmusuz. Müqaviləniz barədə məlumatımız yoxdur. Rəhbərliklə heyətlə bağlı müzakirələriniz olub?

- Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur. Mən öz işimi görürəm. Komanda uda da bilər, uduza da bilər. Bu gün bizim günümüz deyildi. İnanıram ki, növbəti matçlarda daha yaxşı olacağıq. Bu gün heyətimizdə 13 legioner futbolçu var. Bir-iki dəyişiklik edə bilərik. Amma ümumi olaraq yaya kimi bu futbolçularla davam etməliyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Dekabr 2024 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri