Icma.az
close
up
RU
Menu

Lökbatan yolunda qəza: Ölən var

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

La Liqa: Espanyol evə xalsız qayıtdı

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri

II Yazı

(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)

Böyük Türk bilgəsi Cavad Heyət açıq şəkildə yazırdı ki, məşrutə inqilabından sonra və Pəhləvilərin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının qisməti­nə düşənlər ifrat millətçilik və şovinist hislərdən qaynaqlanan zülm, siyasi təzyiq və milli sitəm oldu: “Pəhləvilər sülaləsinin əsas fikri İran əhalisinin hamısını bütöv bir farsdilli xalqa çevirmək və onlardan hər kəsdən yüksəkdə olan bir arya milləti yaratmaq idi... Xalq öz mühüm insanlıq hüquqlarından, yəni öz ana dilində yazıb-oxuma, təhsil alma hüququndan məhrum qaldı. Qeyri-fars əhalinin dili və mədəniyyəti inkar olunurdu. İran əhalisinin 30-35 milyonluq hissəsinin ana dili olan türkcəyə sonradan “məcburi öyrədilmiş dil” damğası vurur, faşist diktator­luğu və monopoliyadan doğan bu batil, insaniyyətə zidd əqidələrini milli mədəniyyət (!) adı altında Azərbaycan övladlar­ına zorla qəbul etdiridilər. Yəni, qeyri-fars iranlılara mədəni müs­təmləkə­çilik və milli zülmün ən pis şəklini rəva görürdülər”.[1]

Pəhləvilər dövründə “İran nasionalizmi” adı ilə “fars şovi­nizmi” siyasətinin həyata keçirildiyini yazan Heyətə görə, bu məsələdə Ə.Kəsrəvi, M.Əfşar kimi sapı özümüzdən olan “balta”lar­ın da rolu az olmamışdır. Heyət, “Azəri, yaxud Azərbaycanın qədim dili” kitabında Kəsrəvinin Azərbaycan türklərini aryançılığa bağlamasını ciddi şəkildə tənqid etmişdir. Ə.Kəsrəviyə görə, Azərbaycan xalqı ilə farsların mənşəyi birdir, hər ikisi aryakökənli, irandilli qohum xalqlardır, türklər isə buraya çox sonra (Mahmud Qəznəlinin dönəmində) gəlmiş xalq olub azərbaycanlılar da moğolların dönəmində zorla türkləşdiriliblər. Kəsrəviyə görə, bütövlükdə Azərbaycan xalqı Türk dilindən imtina etməli, bunun əvəzində fars dilini öyrən­məlidir.[2] Heyət Kəsrəvinin bu uydurmalarına cavab olaraq yazırdı ki, bütün bunlar həm islami, həm də bəşəri dəyərlərə ziddir: “Təəccüb doğuran budur ki, tədqiqatçı və dilçi iddiasında olan müəllif (Əhməd Kəsrəvi-F.Ə,) ümumiyyətlə dilçilik prinsiplərindən uzaqdır, qrammatik qaydalara riayət etmir və yekunda peşəkar bir siyasətçi kimi çıxış edir, öz dillərini qatıb-qarışdırır və bu yolla fikrilərini qəbul etdirməyə çalışır. Məsələn, müxtəlif dialektləri azəri dili adlandırmaqla onları fars dili ilə eyniləşdirir. Belə bir qənaətə gəlir ki, milyonlarla azərbaycanlı və iranlının dili olan Türk dili məhv olub sıradan çıxmaqdadır. Kəsrəvinin fikrincə, bu dildən imtina edilməli, onu fars dili ilə əvəzləməli və deməli, milyonlarla insanın dili dəyiş­dirilməlidir. Amma necə?! Hansı prinsip və üsulla?! Necə etməli ki, bu xalqın azadlıq istəkləri, insan hüquqi və islami prinsipləri ziddinə olmasın və axı nə üçün?! Bu cür faşistcəsinə yanaşmaqdansa, başqa azad, mədəni ölkələrdə (İsveç, Belçika və sairə) olduğu kimi bəşəri və islami dəyərləri rəhbər tutub, həm ölkənin rəsmi dilini (fars dili) öyrətmək və həm də ana dilində təlimi azad buraxmaq daha yaxşı olmazmı?”.[3]

Eyni zamanda, Heyət “Fars dilini qoruyaq, lakin İranın Türk və Ərəblərinin də ana dilini əzməyək” məqaləsində kəsrəvi­çilərin “fars şovinizmini” davam etdirən Ağayi Məhəmmədəli Füruği tənqid etmişdir. Füruği də kəsrəviçilər kimi iddia edirdi ki, iranlı ruhu bütün “İran xalqları”nı birləşdirməlidr, çünki onlar iranlı irqindən olub, tarixi hadisələrin təsiri nəticəsində türk və ərəb dilində danışrlar. Heyət yazırdı: “Ağayi Füruği, ən pis radikal düşüncələr elə sizin və sizin həmfikirlərinizin öz qeyri-fars həm­vətənləriniz, ən əsas, türkdilli və ərəbdillilərin öz ana dili barədə olan düşüncələrinizdir. Dövlətə təklif etdiyiniz, öz həmvətənlərinizi “əzmək, yatırmaq” fikri də elə bu ifrat faşist düşüncələrinizin təsiriylə yaranmışdır. Mənim fikrimcə və haqq-ədalətin tələb etdiyi kimi, İslam dövlətinin siyasəti gərək bu məzlum iranlıları sizin kimi şovinist həmvətənlərinin cəngindən qurtarmaq olsun. Siz öz məqalənizdə Əhməd Kəsrəvinin kəskin və məntiqsiz fikirlərini tənqid edirsiniz. Sonra onun Pəhləvi rejimi və onun şovinist saray nəzəriyyəçiləri tərəfindən təsdiqlənən və bir “elmi” nəzəriyyə şəklində yarım əsr hakim mədəniyyət formasında insanlara təbliğ olunan və zorla qəbul etdirilən saxta nəzəriyyəsini təkrarlayırsınız və deyirsiniz: “Bizim bu həmvətənlərimiz də iranlı irqindəndirlər və tarixi hadisələrin təsiri nəticəsində məcburən türk və ya ərəb dilində danışrlar”. Təəssüf edirəm ki, siz hələ də xəyali iranlı irqindən danışırsınız və bilmirsinzi ki, “irq” sözü zahiri xüsusiyyətlərin (dəri rəngi, saç şəkili, sifətin quruluşu, göz, burun və s.) məcmuəsini xatırladır və müəyyən edir, bir ölkənin və ya millətin insanlarının dilini göstərmir. İranlılar müxtəlif qövmlərdəndirlər (fars, türk, ərəb, lor, bəluç, türkmən), amma hamısı bir irqə (ağ irqə) mənsubdurlar. Dil irqin səciyyəvi əlaməti deyil, qövmiyyətin nişanəsidir və tarix boyu mümkündür ki, müxtəlif səbəblər üzündən dəyişsin”.[4]

C.Heyət yazırdı ki, Füruğunun nəzərdə tutduğu anlamda əgər dil və irq iranlı olmanın əlaməti olsaydı, farsdilli tacik və əfqanların da iranlı olması lazım olardı, üstəlik türkmənlər, Azər­baycan türkləri, ərəblər isə iranlı hesab olunmayaydı. O, yazırdı ki, o zaman bu, İslam “İran”ının konstitusiyasının və “İran” xalqının ümumi fikri və əqidələrinin ziddinə olardı: “Bizim ölkədə hətta İslam İnqilabından əvvəlki dövrdə də iranlı milliy­yətinin əsasını İslam təşkil edirdi. Bu səbəbdən, farsdilli zərdüşti­lər erməni və yəhudilər kimi azlıqların bir hissəsi hesab olunurdu­lar. Baxmayaraq ki, İranın bütün müsəlman qövmləri, hətta türkmənlər dil və qövmiyyətə fikir verilmədən iranlı hesab olunurdular”.[5]

Gördüyümüz kimi, Heyət burada bir tərəfdən Azərbaycan türklərinin iran-aryan mənşəli, irandilli olmamasını irəli sürdüyü halda, digər tərəfdən ortaq dövlət kimliyi, ərazi kimliyi də olaraq “iranlı” vurğusunu ortaya qoymağı da unutmur. Üstəlik, Füruği kimlərə xatırladır ki, vaxtilə Şah İsmayıl da türk olmasına baxmayaraq, “vahid İran” üçün Osmanlı türkləri, Şeybani-özbək türkləri ilə savaşmış və şiə məzhəbini dövlətin rəsmi dini elan etmişdir: “Siz ki müəllimsiniz və bilirsiniz ki, Ağqoyunlu Uzun Həsənin nəvəsi və şeyx Səfiyyədinin kötücəsi olan Şah İsmayıl İran ölkəsinin qorunması üçün öz həmdilliləri, yəni osmanlılar və özbəklərlə döyüşdü. Türk dilində lirik şeirlər yazmasına, saray və orduda bu dilə rəsmiyyət verməsinə rəğmən, parçalanmış İranın ittihadı, vahid İranın təşkili və onun hifzi, istiqlalı, yüksəlməsi və şiə məzhəbinə İranın rəsmi məzhəbi kimi rəsmiyyət verilməsi üçün heç bir səy və fədakarlığını əsirgəmədi”.[6]

Bizcə, doktor burada bir az ifrata varır, çünki Şah İsmayıl və Türk müdrikləri “vahid İran”, “parçalanmış İranın ittihadı” üçün deyil, türklük və qızılbaşlıq uğrunda mübarizə aparmışdır. O ki qaldı, Şah İsmayıl və digər Türk sultanlarının Türk dili və ədəbiyyatı ilə yanaşı, fars dilinə və ədəbiyyatına hörmətlə yanaşmaları insanlıq fəlsəfəsi ilə bağlı olmuşdur. Eyni fəlsəfəyə aşağı yuxarı bütün Türk dövlətləri və onların hökmdarları əməl ediblər. Onlar üçün heç bir zaman Türk kimliyi üstünlüyü, Türk dili üstünlüyü, Türk mədəniyyəti üstünlüyü deyə bir problemləri olmamışdır və olmadığı üçün də Türk dövlətlərində Türk ya da qeyri-Türk hər bir kəs azad və ədalətli şəkildə yaşamışlar.[7]

Ancaq Qacarlar dövləti Böyük Britaniyanın əliylə süquta uğradıldıqdan sonra hakimiyyətə qeyri-qanuni yiyə­lənmiş İran Pəhləvilər və İran İslam hakmiyyətləri insanlıq fəlsə­fəsindən çox uzaq olduqlarını bir daha ortaya qoydular. Onların dövrlərində Əhməd Kəsrəvilər, Mahmud Əfşarlar, Ağayi Füriği­lər kimi ortaya çıxıb Aryan üstünlüyündən bəhs edib zor-xoş bütün xalqları farslaşdırmağa cəhd göstərdilər. Hətta iş o yerə gəlib çatıb ki, “İran”dakı seyidlərin peyğəmbər nəslindən, yəni ərəb olduqları həqiqəti ortada olduğu halda, Füruğilər onları da farsdilli müsəlman hesab etməkdən çəkinmirdilər. Heyət yazırdı: “Məgər, onları Rəsul-Əkrəmin (s) nəslindən hesab etmirsiniz? Seyyidlərin ulu cəddinin ərəb olmasını inkar edirsiniz? Yaxud da, Allah eləməsin, seyyidləri ərəb olmaları və sizin sözünüzlə, ərəblər iranlı irqindən olmadıqları üçün onları iranlı bilmirsiniz? Siz gərək qəbul edəsiniz ki, sizin fikrinizin əksinə olaraq seyyidlərin əcdadı ərəbdilli olmuş və zaman keçdikcə, İranın farsdilliləri və türkdilliləri arasında yaşadıqları üçün türkdilli və farsdilli olmuşlar!”.[8]

[1] Yenə orada, s.217`

[2] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 2). Bakı, Elm və təhsil, 2014, s.15-26`

[3] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 2). Bakı, Elm və təhsil, 2014, s.26`

[4] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 1). Bakı, Elm və təhsil, 2011, s.526-527`

[5] Yenə orada, s.527

[6] Yenə orada, s.528

[7] Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). III hissə. Bakı: Elm və təhsil, 2021, s.546

[8] Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda (məqalələr toplusu 1). Bakı, Elm və təhsil, 2011, s.529


OXŞAR XƏBƏRLƏR

“Vəzirov bu yalanı uydurmaqla...” - Ədliyyə nazirinin irsi

09:14

TORPAĞIN ARZUSU…

28 Aprel 14:22

QIZILALMA: Könül coğrafiyası zəka yolçuluğu

26 Aprel 10:34

Hikmətin ifadəsi, ifadənin hikməti... - Zaur Əhməd yazır

25 Aprel 22:59

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (lV bölüm)

25 Aprel 13:21

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (lll bölüm)

25 Aprel 10:11

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR... (ll bölüm)

24 Aprel 19:38

DİQQƏT İRƏVANA! - Əkbər Qoşalı YAZIR...

24 Aprel 10:37

Bizim Zəngəzur - “Orta Dəhliz”in altun halqası - Əkbər Qoşalı YAZIR...

23 Aprel 16:45

Ənənəyə çevrilmiş 23 Aprel

23 Aprel 16:03

Tənzimat dövrü türk ədəbiyyat yazıçısı Namıq Kamalın romanlarında hikmətli sözlər

22 Aprel 14:17

Turan alqoritmi

22 Aprel 11:29

Səmaların səssiz qəhrəmanları - Onlar Türkdürlər

22 Aprel 10:54

Yığnaq/Kom/Kama çayının hövzəsi... əski Türk dilində

22 Aprel 10:31

Rus dilindəki bəzi sözlərin mənşəyi haqqında - ...söz haqqında  söz...

22 Aprel 10:28

Regionlararası miqyas: Bakının yeni rolu

22 Aprel 09:41

Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya diplomatik həmləsi

22 Aprel 09:37

Böyük Azərbaycanın qürur ünvanı — Nadir Şah Əfşar

22 Aprel 09:24

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA

09:52

Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz

09:47

Pezeşkian o şeirlə nə demək istədi? – Tehranın gizli mesajı

00:05

İran Prezidenti ilə Eldar Əzizov arasında maraqlı dialoq: Pezeşkian buna təəccübləndi – VİDEO

28 Aprel 23:42

Pezeşkian Bakıda Azərbaycan dilində şeir dedi - VİDEO

28 Aprel 21:16

Serj Sarkisyanın etirafı: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi

28 Aprel 14:59

SON XƏBƏRLƏR

Zelenski Putinin üç günlük atəşkəs təklifini RƏDD ETDİ

10:17

“İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı

10:00

İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA

09:52

Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz

09:47

Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri

09:21

Azərbaycan Ordusuna qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

09:18

“Vəzirov bu yalanı uydurmaqla...” - Ədliyyə nazirinin irsi

09:14

Rusiyaya qalib gələ bilməyəcəksiniz! - Vens

09:12

Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!

09:06

“Tramp getdikcə Putin və Zelenskidən məyus olur” – Ağ Ev

00:20

Pezeşkian o şeirlə nə demək istədi? – Tehranın gizli mesajı

00:05

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO

00:00

İran Prezidenti ilə Eldar Əzizov arasında maraqlı dialoq: Pezeşkian buna təəccübləndi – VİDEO

28 Aprel 23:42

Peskov: Kiyev atəşkəsə əməl etməyəcək

28 Aprel 23:40

F-35 böhranı böyüyür! İlon Mask ağzını açıb gözlərini yumdu

28 Aprel 23:24

Hindistan-Pakistan müharibəsinin vaxtı AÇIQLANDI

28 Aprel 23:07

İsrail atəşkəs təklifini rədd edir - Mətbuat

28 Aprel 23:02

İran liderinin arxasında dayanan şəxs kimdir? - FOTOLAR

28 Aprel 22:57

TƏCİLİ: Bu ölkələrdə elektrik enerjisi kəsildi: Fövqəladə vəziyyət elan olundu

28 Aprel 22:56

İrandakı güclü partlayışda ölənlərin sayı 70-ə çatdı

28 Aprel 22:41

Bu müharibədə kartları Tramp yox, Putin paylayır: Rusiyanın atəşkəsi daimi olacaq? - ŞƏRH

28 Aprel 22:40

7 manatlıq yolu 700 manata apardı - Bakıda nağıl kimi olay

28 Aprel 22:08

"Xüsusi təyinatlı ölmək üçün yox, öldürmək üçün yetişir"

28 Aprel 21:55

Trampın bitməyən Kanada sevgisi: 51-ci ştat olmalıdır!

28 Aprel 21:33

Pezeşkian Bakıda Azərbaycan dilində şeir dedi - VİDEO

28 Aprel 21:16

Ukrayna: Rusiya həqiqətən sülh istəyirsə, atəşkəsi dərhal tətbiq etməlidir!

28 Aprel 21:05

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

28 Aprel 20:59

Ərdoğandan Hindistan və Pakistana: Yeni toqquşmalar...

28 Aprel 20:57

Trampdan ŞOK AÇIQLAMA: Həm ölkəni, həm də dünyanı idarə edirəm

28 Aprel 20:47

SON DƏQİQƏ: Netanyahu Qəzzaya hücumları bu ayda dayandıracaq

28 Aprel 20:43

Yeni Papa nə zaman seçiləcək? Kardinalların toplanacağı tarix bəlli oldu

28 Aprel 18:19

Döyüşmək üçün əsgər tapmayan İsrail: Netanyahu bizi tükəndirib

28 Aprel 18:10

Baş bankirdən maaş və təqaüd alanlara müjdə

28 Aprel 18:04

İsrailin bu şəhəri məhv ediləcək

28 Aprel 17:57

Rusiya: Krımı müzakirə etməkdən söhbət gedə bilməz

28 Aprel 17:52

“Bu, atəşkəs yox, manipulyasiyadır” - Kiyev Putinə inanmır

28 Aprel 17:35

Ukrayna uduzarsa, bizi böyük təhlükə gözləyir

28 Aprel 17:29

Mayın 5-də gözünüz GÖYDƏ OLSUN – Bakı vaxtı ilə saat…

28 Aprel 17:23

İran: Ölkəyə kütləvi kiberhücumun qarşısını aldıq

28 Aprel 17:19

Ukraynanın sabiq prezidenti azadlıqdan məhrum edildi

28 Aprel 17:14

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Rusiya ziyafət məclisini vurdu: Çox sayda NATO zabiti öldü

29 Mart 14:51

"Kartdan kart"a köçürmə dayandırılır: Aprelin 1-dən yeni qayda tətbiq olunacaq

29 Mart 11:40

Şaradan Türk dünyasına xəyanət – Əsədin tarixi səhvini təkrarladı

1 Aprel 14:02

Əsədin xələfi Bakını seçdi, Əliyev “hazırıq” dedi – 600 illik gözləniş sona çata bilər

12 Aprel 14:07

800 minlik ordu məğlub olur – Türkiyə qoşunları meydana çağırılır

13 Aprel 17:30

Əhməd Şara Prezident İlham Əliyevə "Əziz qardaş..." deyə xitab etdi - MƏTN

1 Aprel 19:53

Fevral soyuğu gəlir, bu gün axşamdan… - XƏBƏRDARLIQ EDİLDİ

29 Mart 18:05

Prezidentdən bu icra başçı ilə bağlı qərar

16 Aprel 23:30

İş adamı saxta diplomu Misir Mərdanovdan alıb? – Sabiq nazirdən sərt sözlər

5 Aprel 14:56

Türkiyəsiz Azərbaycan: CHP hakimiyyətə gəlsə, bu model gerçəkləşəcək - HAZIRLAŞAQMI?

1 Aprel 20:39

Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”

2 Aprel 12:54

Xameneidən 6 ölkəyə xəbərdarlıq: “Ağır nəticələri olacaq!” – Türkiyə də var

6 Aprel 16:18

Bir kuklanı prezident kürsüsünə otuzdurub, Azərbaycanı idarə etmək… – Prezident

10 Aprel 10:26

“Azərbaycan və Qırğızıstanı ayrı saxlayıram, çünki...”

20 Aprel 17:34



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see168

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see145

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see144

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see138

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see137

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see135

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see134

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

27 Aprel 2025 12:52see131

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see130

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see129

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see127

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see127

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see127

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see125

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see122

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see119

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see118

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see117

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

27 Aprel 2025 21:44see116

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri