Cavid Hüseynov bu maaşa razılaşdı və rəhbərlik qarşısına şərt qoydu EKSKLÜZİV
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Səbail" rəhbərliyi Cavid Hüseynovu komandanın "sükanı arxasına" dəvət etdiyini rəsmi açıqlasa da, müqavilənin maliyyə detalları barədə açıqlama verməyib. Sport24.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis cari mövsümdə Premyer Liqada ən aşağı məvacib alan baş məşqçilərdən biri olacaq.
Razılaşmaya əsasən Hüseynov 2024/25 "futbol ili"nin sonunadək 8 min manat maaş alacaq. Buna səbəb klub tərəfindən sabiq çalışdırıcı Şahin Diniyevə ödəniləcək təzminatdı. Ancaq "dənizçilər"in yeni baş məşqçisi rəhbərlik qarşısına şərt qoyub. Belə ki, o, rəsmilərdən qış transfer dönəmində 3 yeni legionerin alınmasını istəyib.
Qeyd edək ki, "Səbail"in istefaya gedən sabiq baş məşqçisi Diniyev "Səbail"də məvacibi 13 min manat idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















