Cavid Hüseynov: Əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaqdır İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Düşünürəm ki, biz çətin missiyanın öhdəsindən gələcəyik".
İdman.biz xəbər verir ki, bunu "Səbail"ə yeni baş məşqçi təyin olunan Cavid Hüseynov jurnalistlərə açıqlamasında deyib.
"Səbail" kimi kollektivdə çalışmaq hər bir məşqçinin arzusudur. Buraya gəldiyim üçün xoşbəxtəm. Reallıq budur ki, komandamızın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. Buna görə də əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq. Düşünürəm ki, mübariz kollektiv sayəsində üzərimə düşən işi yerinə yetirəcəyik. Bu təklif mənə gələndə bəzi şəxslərlə söhbətləşdim. Həqiqətən gördüm ki, komandada istedadlı oyunçular çoxluq təşkil edir. "Turan Tovuz"da köməkçi məşqçi kimi çalışarkən rəqib olaraq "Səbail"i təhlil etdiyim zaman komandanın potensialının yüksək olduğunu hiss edirdim".
Qeyd edək ki, Cavid Hüseynov bu vəzifədə Şahin Diniyevi əvəzləyib.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Noyabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















