Icma.az
close
up
RU
Cavid publisistikası və müasirlik

Cavid publisistikası və müasirlik

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

BDU-nun professoru Sevil Həsənovanın universitet Elmi Şurasının qərarı ilə çap edilən “Hüseyn Cavid publisistikası və müasirlik” adlı dərs vəsaiti Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutan, lakin nisbətən az öyrənilmiş sahələrdən biri olan Hüseyn Cavidin publisistik fəaliyyətinə elmi-nəzəri yanaşmanı ortaya qoyan tədqiqat əsəridir.

Əsərdə müəllif Hüseyn Cavidin publisistik irsini sistemli şəkildə təhlil etməklə yanaşı, onun ictimai-siyasi baxışlarını, fəlsəfi dünyagörüşünü və milli-mənəvi dəyərlərə münasibətini geniş şəkildə araşdırır. O, Hüseyn Cavidin publisistik məqalələrini yalnız tarixi kontekstdə deyil, həm də müasir ideoloji və ədəbi baxış bucağından təhlil edir, Cavidin qələmindən çıxan publisistik nümunələrin onun dramaturji və poetik yaradıcılığı ilə necə və hansı məqamda kəsişdiyini də elmi əsaslarla izah edir.

Dərs vəsaiti Cavidin publisistik məqalələrində qaldırdığı sosial ədalət, milli azadlıq, maarifçilik və humanizm ideyalarının çağdaş cəmiyyət üçün nə qədər aktual olduğunu sübut edir. Bu məqamlar əsərin həm də ictimai və fəlsəfi dəyərini sərgiləyir.

Sevil Həsənovanın “Hüseyn Cavid publisistikası və müasirlik” dərs vəsaiti ədəbiyyatşünaslıq və publisistika sahəsində əhəmiyyətli bir tədqiqatdır. Vəsait Hüseyn Cavid irsinin yeni aspektlərdən öyrənilməsi üçün ciddi elmi baza olmaqla yanaşı, bu böyük fikir adamının daha dərindən tanınmasına şərait yaradır.

Dərs vəsaiti əsasən jurnalistika və filologiya fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur. Elmi redaktoru professor Abid Tahirli, rəyçilər akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri