Çay evində gənci öldürən şəxs yenidən məhkəmə qarşısında
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Göygöl rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Apiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, 15 fevral 2022-ci il tarixdə Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədov qətlə yetirilib. Onu tanışı Cəlal Apiyevin qətlə yetirməsi müəyyən edilib.
Hadisə Göygöl şəhərində çay evlərindən birində baş verib.
İstintaq orqanı tərəfindən Cəlal Apiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Kamal Məmmədov


