Xankəndi dəmir yolu gündəlik 800 1 000, avtovağzal isə 1 000 1 200 sərnişinə xidmət edəcək
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xankəndi dəmir yolu gündəlik 800-1 000, avtovağzal isə 1 000-1 200 sərnişinə xidmət edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək:
"Artıq Kompleksin layihələndirilməsi işlərinə başlanılıb. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa, avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub".
B.Hacıyev qeyd edib ki, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km daha yaxın məsafədə yerləşir ki, bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.
Ümumilikdə Ağdam-Xankəndi dəmir yolu boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 İyul 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















