Məhkəmə çay evində gənci öldürən şəxslə bağlı qərar verdi
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ali Məhkəmədə Göygöl rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Cəlal Apiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, 15 fevral 2022-ci il tarixdə Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədov qətlə yetirilib. Onu tanışı Cəlal Apiyevin qətlə yetirməsi müəyyən edilib.
Hadisə Göygöl şəhərində çay evlərindən birində baş verib.
İstintaq orqanı tərəfindən Cəlal Apiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Kamal Məmmədov


