Icma.az
close
up
RU
Çay sahilində 4200 illik insan kəlləsinin fraqmenti tapılıb

Çay sahilində 4200 illik insan kəlləsinin fraqmenti tapılıb

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ-nin İndiana ştatında çay sahilində 4200 illik insan kəlləsinin fraqmenti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Məlumata görə, yerli sakin çay kənarında gəzişərkən gil və köklər arasında insan kəlləsinin bir fraqmentini görüb və dərhal polisə xəbər verib. Hadisə yerinə gələn məhkəmə-tibbi ekspertlər əvvəlcə cinayət və ya itkin şəxslə bağlı şübhələrini araşdırmaq istəyiblər. Lakin ekspertizanın nəticəsi göstərib ki, tapılan qalıqlar təxminən 4200 il əvvəl yaşamış bir insana məxsusdur.

Fraqment başın arxa sümüklərindən birinə aid olub və böyüklər üçün əl ölçüsündədir. Koroner Eddi Rişardsonin sözlərinə görə, qədim insanın cinsi hələ müəyyənləşdirilməyib. Zorakı xəsarət izləri aşkar edilməyib, kəllə zaman, su və hava şəraitinin təsiri ilə tədricən parçalanıb.

Alimlər hesab edirlər ki, bu şəxs Şimali Amerikanın yerli sakinlərinə aid olub və minlərlə il əvvəl İndiana ərazisində yaşamışdır. Bölgədə ilk sakinlərin təxminən 10 min il əvvəl ortaya çıxdığı və sonrakı dövrlərdə bir çox tayfanın burada məskunlaşdığı bildirilir.

Tapılan fraqment hazırda İndianapolis Universitetinin İnsan İdentifikasiyası Mərkəzində saxlanılır. Əlavə radiokarbon analizləri aparılaraq qalıqların dəqiq yaşı və qədim insanın yaşam şəraiti müəyyənləşdiriləcək.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri