Icma.az
close
up
RU
Cazibədar “i” bəlası

Cazibədar “i” bəlası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrəvan üçün seçim bəllidir: ya Aİ, ya da Aİİ

Nikol Paşinyan Ermənistanda baş nazir seçiləndən sonra ölkənin xarici siyasətində Qərbə yönəlik meyillər açıq şəkildə gücləndi. Bu xətt, təbii olaraq, Kremldə narahatlıq doğurur. Ən azı, belə bir təəssürat formalaşır.

Son illər əvvəlki dövrlərlə müqayisədə Ermənistan–Rusiya münasibətlərində nisbi gərginlik müşahidə olunur. Bununla belə, mənzərənin müəyyən dərəcədə siyasi illüziya olub-olmadığı ayrıca müzakirə mövzusudur və daha geniş təhlil tələb edir. Hazırkı mərhələdə isə əsas məsələ rəsmi İrəvanın siyasi tərəzisində Qərbin Rusiyadan daha ağır gəlməsidir. Məhz bu anlamda Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim qarşısında qalan Ermənistan zahirən qərar vermiş kimi davransa da, əslində, hələ də bu seçimi rəsmiləşdirməkdə tərəddüd edir.

Rusiya baş nazirinin müavini Aleksey Overçukun son dövrlər Ermənistanla bağlı səsləndirdiyi fikirlər təkcə Moskva–İrəvan münasibətlərinin cari durumunu deyil, daha geniş mənada Cənubi Qafqazın geosiyasi gələcəyini anlamaq üçün açar rolunu oynayır. Overçukun əsas tezisi sadə, lakin sərtdir: Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bu gün də, yaxın perspektivdə də əsas iqtisadi dayaqlardan biridir. Bu, rəqəmlərlə təsdiqlənən reallıqdır. Ermənistanın xarici ticarətində Rusiyanın və Aİİ məkanının payı həlledicidir. Ticarət dövriyyəsində azalma baş versə də, Overçukun dediyi kimi, 15,4 milyard dollardan təxminən 6 milyard dollara enmə – bu, siyasi gərginliyin iqtisadi davranışlara təsirinin göstəricisidir. Burada vacib bir nüans var: Moskva açıq şəkildə deməsə də, siqnal verir ki, siyasi kursun qeyri-müəyyənliyi biznes üçün risk yaradır. Bu, bazar davranışı ilə verilən xəbərdarlıqdır.

Overçukun fikrincə, Ermənistan siyasi elitasının və cəmiyyətin bir hissəsinin Aİ barədə təsəvvürü 1990–2000-ci illərin “parlaq Avropası”nda qalıb. Yəni iqtisadi rifah, açıq bazarlar, sosial dövlət modeli, siyasi neytrallıq. Lakin onun arqumentinə görə, bu Avropa artıq mövcud deyil. Rusiya rəsmisinin təqdim etdiyi çərçivədə Aİ getdikcə iqtisadi birlikdən hərbi-siyasi bloka çevrilir və Rusiyaya qarşı açıq aqressiv mövqe tutur. Bu yanaşma Moskvanın ümumi narrativi ilə üst-üstə düşür: Aİ artıq təkcə iqtisadi yox, geosiyasi tərəf seçimidir. Burada Overçuk kritik bir sual qoyur və bu sualın ünvanı əslində, təkcə Ermənistan hakimiyyəti yox, erməni cəmiyyətidir: Ermənistan Rusiyaya qarşı açıq mövqe tutan hərbi-siyasi birliyə qoşulmağa hazırdırmı? Bu sual ritorik olsa da, ciddi daxili siyasi parçalanma eyhamı daşıyır. Sadə erməni vətəndaşı üçün bəlkə də, Aİ və Aİİ arasında, sadəcə, bir hərf (i) fərqi var. Amma eyni zamanda, bu fərq İrəvanın gələcəyi üçün həlledici olacaq. Rusiya tərəfi yaxşı başa düşür ki, Ermənistanı itirmək Moskva üçün Qərb qarşısında həm növbəti məğlubiyyət, həm də iqtisadi cəhətdən itki deməkdir. Yəni bu hal baş verərsə, Rusiya “əli aşından da olacaq, vəli aşından da”. Bu isə arzuolunan ən son ehtimaldır.

* * *

Qayıdaq Overçukun mövqeyinə. Şübhəsiz ki, onun arqumentlərində məntiq var: eyni vaxtda həm Aİİ-yə, həm də Aİ-yə üzvlük mümkün deyil. Bu məsələ təkcə hüquqi-texniki ziddiyyətlərlə məhdudlaşmır, daha çox strateji uyğunluq problemi kimi ortaya çıxır. Aİİ gömrük rejimi, tariflər və vahid standartlar üzərində formalaşmış iqtisadi blokdur. Aİ isə artıq yalnız iqtisadi inteqrasiya layihəsi deyil, təhlükəsizlik, xarici siyasət və kollektiv siyasi mövqe tələb edən kompleks strukturdur. Üstəlik, hazırkı beynəlxalq şəraitdə həm Qərb, həm də Rusiya ilə paralel və balanslı münasibətlər qura bilən ölkələrin sayı çox azdır və onlardan biri Azərbaycandır. Ermənistanın isə mövcud reallıqlar fonunda belə bir manevr imkanı, mülayim desək, potensialı çatmaz.

Paşinyanın “mümkün qədər uzun müddət Aİİ-də qalmaq” ritorikası, əslində, zaman qazanmaq cəhdidir. Axı Ermənistan rəhbərliyi anlayır ki, Aİ perspektivi uzaq, qeyri-müəyyən və çoxşaxəlidir. Türkiyə buna bariz nümunədir. Overçukun “danışıqlar onilliklər çəkə bilər” fikri də bunu təsdiqləyir. Bu müddət ərzində Aİİ-dən çıxmaq Ermənistan iqtisadiyyatı üçün ağır şok effekti yarada bilər.

Maraqlı məqamlardan biri də Overçukun Ermənistan daxilindəki siyasi vəziyyəti realist şəkildə təsvir etməsidir. O, etiraf edir ki, ölkədə Aİ ilə yaxınlaşmanı istəyən çoxlu sayda insan var, o cümlədən hakimiyyət daxilində. Amma eyni zamanda, bu insanlar Aİİ-nin iqtisadi əhəmiyyətini də anlayırlar. Bu, Ermənistanın əsas dilemmasıdır: iqtisadi rifah Avrasiyadan, siyasi-modernləşmə arzusu isə Avropadan gözlənilir. Bu iki istiqamətin getdikcə bir-birinə zidd hala gəlməsi seçim anını qaçılmaz edir.

Overçukun fikirlərinin ümumi xətti budur: Ermənistan bu gün hələ seçim etməyib, amma bu seçimdən qaça bilməz. Aİ romantizmi ilə Aİİ reallığı arasında balans saxlamaq getdikcə çətinləşir. Moskva bu prosesi tələsmədən, lakin açıq xəbərdarlıqlarla izləyir. Hadisələrin axarı onu deməyə əsas verir ki, Rusiya iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyan və onun komandasının uduzması üçün əlindən gələni edəcək ki, onu “öz ayağına” bağlı saxlaya bilsin. Hazırda isə nisbi çəkindirmə alətləri və diplomatik kanallar vasitəsilə İrəvana “xox” gəlməyə davam edir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Rusiya Paşinyan hökumətindən narazıdır və bunu gizlətmir. Açıq şəkildə bildirir ki, iyunda keçiriləcək seçkilərdə bütün imkanlarından istifadə edəcək ki, Paşinyan və onun partiyası məğlub olsun. Hazırda mövcud bütün resurslar bu məqsəd üçün səfərbər edilib. Kilsədən tutmuş milyarder Samvel Karapetyana qədər müxtəlif fiqurlarını Ermənistana göndərildiyi müşahidə olunur. İstisna deyil ki, seçkilər ərəfəsində kriminal elementlər də prosesə cəlb edilsin.

Məhz buna görə Rusiya paralel şəkildə Paşinyanı qorxutmaq, ondan müəyyən siyasi vədlər almaq xəttini seçib. Ancaq düşünürəm ki, bu cəhdlər uğursuz olacaq. Çünki Rusiya hazırda Ukrayna müharibəsinə ciddi şəkildə fokuslanıb. Kreml hələlik əlində olan təzyiq alətlərindən istifadə etməklə Paşinyanı gələcək seçkilərdə təkbaşına parlamentdə hökumət formalaşdırmaq imkanından məhrum etməyə çalışır.

Digər tərəfdən, TRIPP çərçivəsində Rusiya regiondan kənarlaşdırılır və Moskva anlayır ki, bu layihə reallaşmağa başladıqca, Türkiyə və Azərbaycanla sərhədlər açıldıqdan sonra rus sərhədçiləri bölgəni tərk etməli olacaqlar. Eyni zamanda, hazırda Ermənistan dəmir yolları Rusiya şirkətinin nəzarətindədir. Məlumdur ki, vaxtilə Azərbaycan və Türkiyə sərhədlərinə gedən bəzi dəmir yolu xətləri dağıdılıb və indi onların bərpası gündəmdədir. Rusiya bu prosesdən yayınmağa çalışır. Paşinyan isə açıq şəkildə bildirir ki, əgər Rusiya Dəmir Yolları bu layihələrdən kənarda qalarsa, istisna edilmir ki, mövcud konsessiya sazişi ləğv edilsin və Ermənistan dəmir yolları yenidən dövlət nəzarətinə qaytarılsın.

Bundan əlavə, ABŞ-dan da siqnallar gəlir ki, əgər Rusiya hərbi bazalarını dərhal tam şəkildə çıxara bilmirsə, heç olmasa onların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində addımlar atılsın. Bildiyiniz kimi, İrəvan yaxınlığında – Yerebuni hərbi hava bazasında Rusiyanın köhnəlmiş hərbi təyyarələri və helikopterləri yerləşdirilib. Bu proseslər göstərir ki, Rusiyanı regiondan sıxışdırmaq planları mövcuddur və artıq icra mərhələsinə qədəm qoyub.

Bu şəraitdə Rusiyanın Ermənistan hökumətinə yönəlik xəbərdarlıq xarakterli açıqlamalarının ciddi təsir göstərəcəyini düşünmürəm. Əgər Paşinyan seçkilərdən qalib çıxsa, bu xəbərdarlıqların heç bir real nəticəsi olmayacaq.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see595

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see376

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see368

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see339

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see303

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see281

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see257

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see227

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see211

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see207

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see200

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see197

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see193

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see189

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see187

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see182

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see180

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see177

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see173

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri