Icma.az
close
up
RU
Cəbi Bəhramov: “Virtual Qərbi Azərbaycan ensiklopedik toplusu” tarixi həqiqətləri ortaya qoyur

Cəbi Bəhramov: “Virtual Qərbi Azərbaycan ensiklopedik toplusu” tarixi həqiqətləri ortaya qoyur

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Virtual Qərbi Azərbaycan ensiklopedik toplusu Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-dəki müraciətinə cavab olaraq hazırlanıb. Çox qısa müddət ərzində möhtəşəm və fundamental bir iş ortaya qoyulub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplusunun elmi rəhbəri Cəbi Bəhramov söyləyib.

O bildirib ki, bu ensiklopedik topluda Qərbi Azərbaycan tarixi ilə bağlı olan bütün məsələlər öz əksini tapıb: "Siyasi, sosial-iqtisadi, mədəni və dini sahələrə dair məlumatlar etibarlı mənbələrə, rəsmi və arxiv sənədlərinə əsaslanaraq hazırlanıb. Toplu 16 cilddən ibarətdir. Bu cildlərin 10-u birbaşa Qərbi Azərbaycan ərazisində yerləşən tarixi yaşayış məntəqələrimizin tədqiqinə həsr olunub. Digər 6 cilddə isə İrəvan şəhəri, ilk dəfə olaraq Gümrü şəhəri, ermənilərin köçürülməsi xəritələri, azərbaycanlıların deportasiyası xəritələri, eləcə də 513-dən artıq məscid haqqında məlumatlar yer alıb. Bütün materiallar elmi süzgəcdən keçirilib, sistemləşdirilib və Qərbi Azərbaycan tarixinin ümumiləşdirici şəkildə yazılması üçün möhkəm elmi baza yaradılıb".

O əlavə edib ki, bu görülən işlər Prezident İlham Əliyevin çağırışlarına tam cavab verir. Xüsusilə Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Qərbi Azərbaycanla bağlı səsləndirilən fikirlər, o cümlədən Göyçə gölünün heç vaxt “Sevan” adlanmaması ilə bağlı deyilənlər tarixi həqiqətin açıq ifadəsidir.

“Biz burada real və obyektiv tarixi ortaya qoymuşuq. Məhz buna görə də erməni tərəfi təşviş içindədir. Çünki tarix göstərir ki, hazırkı Ermənistan adlanan ərazi qanunsuz şəkildə formalaşdırılıb. 1918-ci il mayın 29-da qəbul edilən qərarlar və sonrakı dövrdə Sovet Rusiyasının Azərbaycan torpaqlarını hədiyyə etməsi faktiki olaraq xalqın iradəsinə zidd və cinayət xarakterli addımlar idi. Qərbi Azərbaycan tarixinin yazılması üçün artıq çox möhkəm bir elmi təməl qoyulub və bu tədqiqatlar bundan sonra da davam etdiriləcək”, - deyə elmi rəhbər vurğulayıb.

O, bu ensiklopedik toplunun hazırlanmasında təkcə müəllif kimi deyil, həm də elmi redaktor kimi iştirak etdiyini diqqətə çatdıraraq deyib: “Buna görə də tam məsuliyyətlə deyə bilərəm ki, materiallar olduğu kimi, heç bir təhrifə yol verilmədən təqdim olunub. Bizə məxsus Əmir Səid məqbərəsini ermənilər türkmənlərə aid abidə kimi təqdim edirlər. Digər tərəfdən Göy Məscidi 2016-cı ildən etibarən Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən 99 illik müddətə İran səfirliyinə icarəyə verilib. Halbuki bu məscidin farslara və ya İrana aidiyyəti yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri