“Virtual Qərbi Azərbaycan” ensiklopedik toplusu 1905 ci ildən indiyə qədər olan dövrü əhatə edir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 dekabr, AZƏRTAC
Bu gün təqdim etdiyimiz layihə 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həsr olunmuş görüşdə səsləndirdiyi çağırışlara cavab olaraq hazırlanıb. Həmin çağırışdan irəli gələrək “Virtual Qərbi Azərbaycan” ensiklopedik toplusu adlı internet resursu yaradılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Bəxtiyar Həsənov söyləyib. O bildirib ki, resurs 8 bölmə, 34 başlıq və 55 altbaşlıqdan ibarətdir: "Burada indiki Ermənistan ərazisində yerləşən Qərbi Azərbaycanın tarixi, inzibati bölgüsü, əhalisi, etnik tərkibi, maddi və mədəni irsi ilə bağlı elmi əsaslandırılmış məlumatlar toplanıb.
Layihə çərçivəsində böyük həcmdə materialın mövcudluğu nəzərə alınaraq 16 cildlik fundamental ensiklopedik toplu hazırlanıb. Bu cildlərdə 1200-dən çox yaşayış məntəqəsi, 500-dən artıq məscid, eləcə də arxiv sənədləri əsasında tədqiq edilmiş dini və mədəni abidələr haqqında məlumatlar yer alır. Məscidlər Azərbaycan tarixində Qərbi Azərbaycanda mövcud olmuş real tarixi faktlar əsasında araşdırılıb".
B.Həsənov qeyd edib ki, topluda 1905-ci ildən bu günə qədər olan dövr əhatə edilir, ermənilərin köçürülməsi, azərbaycanlıların deportasiyası, tarixi xəritələr və inzibati dəyişikliklər elmi şəkildə təqdim olunur. Ümumilikdə bir milyondan artıq arxiv sənədi, xəritə, foto və elmi mənbə araşdırmalara cəlb edilib.
Hazırda bu materialların bir hissəsi dövriyyəyə buraxılıb, qalan hissənin isə mərhələli şəkildə hazırlanaraq həm 16 cildlik toplulara, həm də internet resursuna əlavə olunması nəzərdə tutulur. Virtual ensiklopediya Azərbaycan, rus və ingilis dillərində təqdim edilir, gələcək mərhələdə dillərin sayının artırılması planlaşdırılır.
Layihə Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən həyata keçirilib və AMEA alimləri bu prosesə fəal şəkildə cəlb olunublar. Məqsəd Qərbi Azərbaycan tarixi ilə bağlı həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət üçün etibarlı, elmi və obyektiv məlumat bazası yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















