Icma.az
close
up
RU
Cəbrayıl sakinlərinin diqqətinə! Qəbul başlanılır

Cəbrayıl sakinlərinin diqqətinə! Qəbul başlanılır

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 27-dən başlayaraq Cəbrayıl rayonunun Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır. Horovlu kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 27-si günün sonunadək davam edəcək.

"Unikal" xəbər verir ki, Horovlu kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - alma, armud, xurma, şaftalı, nektarin, ərik, nar, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı, soya, yonca, xaşa, kartof və şəkər çuğunduru əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Horovlu kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Horovlu” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Horovlu kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Aprel 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri