Cəbrayıla köçürülən 1000 dən çox sakin məşğulluq tədbirlərinə cəlb olunub
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, (o cümlədən, 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub).
112 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub və kursları bitirdikdən sonra işlə təmin ediliblər.
Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 04 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















