Icma.az
close
up
RU
Cəbrayıla və Şuşaya köç karvanı yola salındı Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Cəbrayıla və Şuşaya köç karvanı yola salındı Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, ötən həftə "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş torpaqlara - Cəbrayıla növbəti köç karvanı yola salınıb.

Bu gün isə Şuşa şəhərinə əhalinin bir qisminin köçürülməsi reallaşıb.

Bütün bu "Böyük Qayıdış" layihəsi fonunda işğaldan azad edilmiş ərazilərimiz ilbəil çiçəklənir, müasir infrastrukturla təmin edilir və bütün qeyd edilən islahatlardan sonra əhali əmin-amanlıqla buraya, öz dədə-baba yurdlarına geri dönür.

Bəs dövlətin işğaldan azad edilmiş rayonlardakı yaşayış strategiyasını necə xarakterizə etmək olar?

Gələcəkdə bundan savayı hansı dövlət layihələrinin tətbiq olunması müşahidə edilə bilər?

Vacib məsələ ətrafında suallara cavab verən Milli Məclisin deputatı Müşfiq Cəfərov AZXEBER.COM-a açıqlamasında işğal edilmiş rayonlardakı yaşayış strategiyası və həyata keçirilən dövlət proqramları haqqında ətraflı danışıb:

"Qarabağ münaqişəsinin həlli regional iqtisadi-ticarət və nəqliyyat-kommunikasiya əlaqələrinin canlanmasına yol açacaqdır. Bu amil regionda, eləcə də Cənubi Qafqaz ölkələrində iqtisadi fəallığın artması Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında maraqlı olan bütün tərəflərin maraqlarına xidmət edir. Naxçıvan dəhlizi də dənizə çıxışı olmayan Muxtar Respublikanın təcrid olunmasına son qoyacaq, eyni zamanda Asiya ilə Avropa arasında daha sıx əlaqəni təmin edəcək. Azərbaycan regionun istifadə olunmamış potensial imkanlarına əsaslanaraq Qarabağı inkişaf, sülh və təhlükəsizlik platformasına çevirir".

Millət vəkili həmçinin Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi olaraq müharibə və işğalın dağıdıcı təsirlərindən sonra Qarabağın xristian və müsəlman irsinin bərpası planlarını da açıqlayıb:

"2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Qarşıya qoyulmuş hədəflərdən ən başlıcası qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının artırılmasıdır. Qarabağın yenidənqurulmasına dövlət və qeyri-dövlət investisiyalarının cəlb edilməsi davamlı iqtisadi artımın əsasını qoyacaqdır. Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq və qeyri-dövlət investisiyalarına zəmin yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən Qarabağın bərpasına yönəlmiş sərmayə axını başlayıb. Qarabağda mədənçıxarma, metallurgiya, qida emalı, trikotaj, turizm, kənd təsərrüfatı, yaşıl energetika sahələrinin inkişafı üçün böyük potensial var. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq".

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən siyasi şərhçi Qabil Hüseynli bildirib ki, dövlətin "Böyük Qayıdış" siyasətini yüksək qiymətləndirir:

""Böyük Qayıdış" konsepsiyasını çox yüksək qiymətləndirirəm. Çünki həmin yerlərdə əhali köçülməmişdən əvvəl abadlıq işləri aparılır. Müasir infrastruktur yenidən qurulur. Bundan başqa, əhalinin rahatlığı üçün lazım olan, uşaqların təhsili üçün, mədəniyyət üçün lazım olan bütün infrastrukturlar qurulur. Dövlət böyük pullar xərcləyir, sərmayə qoyur. Mənə elə gəlir ki, indiki təcrübədən gələn köçürmə - "Böyük Qayıdış" formalarında istifadə ediləcək."Böyük Qayıdış" proqramı uğurlu həyata keçirilir. Həmin düşmən tapdağında olan torpaqlar sürətlə mənimsənilib və torpaqlarımız öz sahibinə qayıdıb, eyni zamanda öz sahibi artıq əkib-becərməyə başlayıb".

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see186

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see141

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see125

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri