Cəbrayılda mina partladı Xəsarət alan var+Yenilənib
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.
“Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.
***
Cəbrayılda minaya düşən traktorçunun vəziyyəti açıqlanıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilir.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 İyul 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















