Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

“Cəbrayılın bərpası həm də gələcəyə baxış məsələsidir” DEPUTAT

“Cəbrayılın bərpası həm də gələcəyə baxış məsələsidir” DEPUTAT

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad edilməsi günü kimi tariximizə yazılıb. Bu tarix şəhərin azad edildiyi günlə yanaşı, Cəbrayılın 27 illik işğal səhifəsinin bağlandığı, doğma torpağa qayıdışın, quruculuğun və yeni həyatın başladığı mühüm tarixi mərhələsidir.

Cəbrayılın tarixini xatırlayarkən iki fərqli mənzərə göz önündə canlanır. Bir tərəfdə 1993-cü ildə işğala məruz qalan, əhalisi doğma yurd-yuvasından didərgin salınan, tarixi və mədəni irsi dağıdılan Cəbrayıl, digər tərəfdə isə 2020-ci ildən sonra yenidən qurulan, sakinlərinin qayıtdığı, məktəblərin, xəstəxanaların, yolların, yaşayış komplekslərinin, sənaye və enerji obyektlərinin yaradıldığı Cəbrayıl dayanır.

Məhz bu fərq Böyük Qayıdışın mahiyyətini göstərir. Biz yalnız əraziyə qayıtmırıq, həmin ərazilərdə həyatı yenidən qururuq.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin dövrdə rayonun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi vardı. 1050 kvadratkilometr ərazini əhatə edən rayonda təxminən 52 min insan yaşayırdı. İşğal nəticəsində Cəbrayılın yaşayış məntəqələri, məktəbləri, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələri dağıdıldı, əhali doğma torpaqlarından didərgin salındı.

İşğaldan əvvəl Cəbrayıl təkcə yaşayış məkanı deyildi. Burada məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, kitabxanalar, muzey fəaliyyət göstərirdi. Rayonun iqtisadi həyatında kənd təsərrüfatı, heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıq mühüm yer tuturdu. Sənaye müəssisələri fəaliyyət göstərirdi. Cəbrayılın tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponatın olması bu torpağın zəngin tarixi-mədəni irsinin miqyasını göstərirdi.

İşğal isə bütün bu həyatın üzərindən keçdi. Tarixi abidələr, məscidlər, türbələr, qəbiristanlıqlar, yaşayış binaları dağıdıldı. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Xubyarlıdakı türbələr, Diri dağındakı tarixi abidələr və digər mədəni irs nümunələri ciddi dağıntılara məruz qaldı.
Bu baxımdan Cəbrayılın azadlığı yalnız hərbi qələbə deyil, həm də tarixi yaddaşın, milli irsin və insan ləyaqətinin bərpası deməkdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində aparılan döyüşlər xüsusi əhəmiyyət daşıyırdı. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad edilməsindən sonra oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi. Ümumilikdə hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun 1 şəhəri və 90 kəndi azad edildi.

Cəbrayıl əməliyyatı hərbi baxımdan da mühüm mərhələ idi. Çünki düşmən burada bir neçə müdafiə xəttindən ibarət istehkamlar yaratmışdı. Bu istehkamların yarılması Azərbaycan əsgərindən böyük cəsarət, peşəkarlıq və fədakarlıq tələb edirdi.

Cəbrayılın azad olunması sonrakı hərbi əməliyyatlar üçün də mühüm imkanlar yaratdı. Bu istiqamətdə əldə edilən uğurlar Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində hərbi əməliyyatların genişləndirilməsinə şərait yaratdı.

Cəbrayılın azadlığının simvolik məqamlarından biri isə Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Əsrlər boyu Azərbaycanın tarixi və mədəni coğrafiyasının mühüm rəmzlərindən biri olan Xudafərin üzərində üçrəngli bayrağımızın dalğalanması dövlətçilik baxımından böyük məna daşıyır.

Cəbrayılın tarixində Cocuq Mərcanlının da xüsusi yeri var. 1994-cü ilin yanvarında Horadiz əməliyyatı zamanı kəndin azad edilməsi, 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi sonrakı proseslər üçün mühüm mərhələlər yaratdı. Cocuq Mərcanlının yenidən qurulması isə Böyük Qayıdışın ilk real nümunələrindən biri oldu.

Bu gün isə qarşımızda daha böyük bir vəzifə dayanır. Azad edilmiş Cəbrayılı yalnız yenidən qurmaq deyil, onu müasir, dayanıqlı və iqtisadi baxımdan fəal yaşayış məkanına çevirmək.

Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu baxımdan mühüm addımdır. Baş plana əsasən şəhərin inkişafı dörd mərhələdə həyata keçiriləcək, 2040-cı ilin sonuna qədər şəhərdə 15 minədək sakinin yaşaması nəzərdə tutulur. Yaşayış üçün 143 hektar ərazi ayrılıb, burada müxtəlif mərtəbəli yaşayış binaları və fərdi evlər, sosial və ictimai infrastruktur yaradılması planlaşdırılıb.

Bu, təsadüfi rəqəm deyil. Bu, Cəbrayılın gələcəyinin artıq yalnız xatirələr üzərində deyil, konkret şəhərsalma sənədi və uzunmüddətli inkişaf konsepsiyası əsasında qurulduğunu göstərir.

Cəbrayılın bərpasının digər mühüm istiqaməti iqtisadiyyatdır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması rayonun gələcək iqtisadi həyatında mühüm rol oynaya bilər. 200 hektarlıq ərazidə yaradılan sənaye parkı yeni avtomobil və dəmir yollarının üzərində yerləşməklə logistika baxımından əlverişli imkanlara malikdir. 2026-cı ilin mayına olan məlumata görə, burada 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident statusu alıb, layihələr üzrə 48,3 milyon manatdan artıq investisiya qoyulub və 130-dan çox iş yeri yaradılıb.

Bu göstəricilər onu deməyə əsas verir ki, Cəbrayılın gələcəyi yalnız büdcə hesabına aparılan tikinti ilə məhdudlaşmamalıdır. Burada özəl sektor, istehsal, logistika, kənd təsərrüfatı, xidmət və ixrac yönümlü fəaliyyət üçün real iqtisadi mühit formalaşmalıdır.
Çünki insanın doğma yurda qayıtması qədər, həmin yurdda öz gələcəyini qurması da vacibdir. Davamlı qayıdışın əsas şərtlərindən biri məhz məşğulluq və iqtisadi fəallıqdır.

Cəbrayılın enerji potensialı da yeni inkişaf modelinin mühüm hissəsidir. 2026-cı il mayın 9-da Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsi bu baxımdan mühüm hadisədir. Yarımstansiya Cəbrayılda inşa edilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyası üçün yaradılan infrastrukturun əsas elementlərindən biridir. Rəsmi məlumata görə, layihə çərçivəsində Cəbrayıl Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti də çəkilib.
Cəbrayıl təkcə qayıdış coğrafiyası deyil, həm də Azərbaycanın yeni enerji xəritəsinin formalaşdığı məkanlardan birinə çevrilir.

Nəqliyyat infrastrukturu da Cəbrayılın regional əhəmiyyətini artıran əsas amillərdəndir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, dəmir yolu və digər kommunikasiya layihələri Cəbrayılı Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sistemində mühüm halqaya çevirir.

Bununla yanaşı, Cəbrayılın kəndlərinin yenidən qurulması da davam edir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kimi yaşayış məntəqələrində yalnız evlər deyil, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, inzibati binalar, ictimai və xidmət obyektləri də yaradılır.

2026-cı il mayın 9-da Şükürbəyli kəndinin açılışı bunun konkret nümunəsidir. Kənddə 360 şagird yerlik məktəb binası istifadəyə verilib, ilkin mərhələdə 635 fərdi ev inşa olunub. Şükürbəyliyə ümumilikdə 615 ailənin, 2522 nəfərin köçürülməsi nəzərdə tutulub.

Cəbrayıl şəhərində isə artıq yaşayış məhəllələri formalaşır. Birinci yaşayış kompleksinin istifadəyə verilməsi ilə şəhərə qayıdan ailələr üçün müasir mənzil şəraiti yaradılıb, ikinci və üçüncü yaşayış komplekslərinin tikintisinə başlanılıb.

2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması ilə illərlə həsrət çəkən insanların doğma şəhərlərinə qayıdışı başladı. 2026-cı ilin sentyabrına gəldikdə isə bu qayıdış artıq minlərlə insanı əhatə edən real prosesə çevrilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin son məlumatları da işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın ardıcıl şəkildə davam etdiyini göstərir.

Əslində, Cəbrayılın bugünkü mənzərəsinin ən böyük mənası məhz budur: vaxtilə məcburi köçkün düşərgələrində, yataqxanalarda, yük vaqonlarında və müxtəlif müvəqqəti məskunlaşma yerlərində yaşayan insanlar indi öz doğma torpaqlarında yeni evlərinə köçürlər.
Bu qayıdışın arxasında yalnız tikinti layihələri yoxdur. Burada bir nəslin yarımçıq qalmış arzuları, ata-baba yurduna bağlılığı və tarixi yaddaş dayanır.

Cəbrayılın bərpası həm də gələcəyə baxış məsələsidir. Qarşımızda elə bir şəhər və rayon yaratmaq vəzifəsi dayanır ki, burada insan yalnız yaşamasın, işləsin, təhsil alsın, sahibkarlıqla məşğul olsun, ailə qursun və öz gələcəyini burada görsün.

Ona görə də Böyük Qayıdışı yalnız mənzil təminatı kimi qiymətləndirmək doğru olmaz. Böyük Qayıdış məktəbin, xəstəxananın, yolun, kommunikasiyanın, iş yerinin, sahibkarlığın, mədəni həyatın və təhlükəsiz yaşayış mühitinin birlikdə qurulmasıdır.

Cəbrayılın nümunəsi göstərir ki, dağıdılmış bir ərazini yenidən qurmaqla yanaşı, orada yeni iqtisadi və sosial həyat yaratmaq mümkündür. Bunun üçün dövlət investisiyaları ilə yanaşı, özəl sektorun fəallığı, yerli sahibkarlığın inkişafı, insan kapitalının formalaşdırılması və tarixi-mədəni irsin qorunması paralel aparılmalıdır.

Xüsusilə Cəbrayılın zəngin tarixi irsinin bərpasına ayrıca diqqət yetirilməlidir. Xudafərin körpüləri və digər tarixi abidələr yalnız keçmişin yadigarı deyil, həm də gələcək nəsillərə ötürülməli olan milli sərvətdir. Yeni Cəbrayıl müasir şəhərsalma ilə tarixi yaddaşın bir arada yaşadığı şəhər olmalıdır.

Bu gün Cəbrayılın timsalında biz daha geniş bir prosesin şahidiyik. İşğal illərində boşaldılmış, dağıdılmış və həyatın dayandırıldığı torpaqlarda indi yeni məktəblər açılır, evlər tikilir, yollar çəkilir, enerji infrastrukturu yaradılır, istehsal müəssisələri qurulur və ən əsası, insanlar öz doğma yurdlarına qayıdırlar.

Cəbrayılın hekayəsi buna görə yalnız keçmişin hekayəsi deyil. Bu, Azərbaycanın postmüharibə dövründə qarşısına qoyduğu quruculuq məqsədlərinin canlı nümunələrindən biridir.

4 oktyabr bizim üçün həm Zəfərin, həm də məsuliyyətin tarixidir. Azad etmək böyük tarixi qələbə idisə, azad edilmiş Cəbrayılı yaşatmaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü şəkildə ötürmək bizim uzunmüddətli vəzifəmizdir.

Bu gün Cəbrayılın küçələrində yenidən insan səsləri eşidilir. Bir vaxtlar yalnız dağıntıları görünən şəhərdə indi məktəb zəngi çalınır, yeni evlərin işıqları yanır, istehsal müəssisələrinin təməli qoyulur, yollar salınır.
Cəbrayıl artıq yalnız geri qayıtdığımız torpaq deyil.
Cəbrayıl qurduğumuz gələcəyin bir parçasıdır.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə bütün Cəbrayıl sakinlərini, şəhid ailələrini, qazilərimizi, rayon ictimaiyyətini və doğma yurda qayıdış gününü illərlə gözləyən həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm.
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, Cəbrayılın azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızı dərin ehtiramla yad edirəm.
Cəbrayılın azadlığı tariximizin Zəfər səhifəsidir. Cəbrayılın dirçəlişi isə həmin Zəfərin gələcəyə çevrilən davamıdır.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri