“Pumas” Juninyonu itirmək təhlükəsi ilə üz üzədir
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” futbol komandasının sabiq hücumçusu Juninyonun Meksikanın “Pumas” futbol komandasındakı uğurlu performansı onun transfer bazarındakı mövqeyini gücləndirib.
İdman.Biz “Futbol Total” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun müqaviləsinin daha güclü şərtlərlə qorunması məsələsi gündəmə gəlib.
Braziliyanın “Flamenqo” komandasından 2026-cı ilin əvvəlində transfer olunan Juninyo qısa müddətdə Meksika təmsilçisinin əsas hücumçularından birinə çevrilib.
O, cari Apertura turnirinin ilk 15 matçında doqquz qol vurub və bir məhsuldar ötürmə verib. Braziliyalı futbolçu həmin müddətdə komandasının vurduğu 22 qolun 10-da birbaşa iştirak edib.
Juninyonun hazırkı müqaviləsi 2028-ci ilin dekabrına qədər qüvvədədir. Razılaşmada müddətin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.
Qeyd edək ki, Juninyo 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, 2025-ci ilin yanvarında Ağdam təmsilçisindən Braziliyanın “Flamenqo” futbol komandasına beş milyon avroya transfer olunub.
2025-ci ildə “Flamenqo” ilə Braziliya çempionluğu və Libertadores Kubokunu qazanan hücumçu 2026-cı ilin əvvəlində eyni məbləğ qarşılığında Meksikanın “Pumas” klubuna keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 08 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















