Icma.az
close
up
RU

Cəfəngiyyat qarşısında LƏYAQƏT Əkbər Qoşalı yazır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZAL-ın Bakı-Qroznı marşrutunu yerinə yetirən mülki uçağının Rusiya Federasiyası ərazisində vurulması, bu azmış kimi, təxirəsalınmaz enişə izn verilməməsi və sonra üzü Xəzərə yönləndirmə hadisə içrə hadisədən xəbər verir. Vurulmuş uçağın Xəzərə qərq olmadan, qazaxların Aktau şəhəri yaxınlığında qəza enişi edə bilməsi və ardındakı hadisələr, aviasiya təhlükəsizliyinin (yalnız milli məsələ olmadığını), qlobal işbirliyi tələbini yeniləyir. “Quş sürüsü” hoqqasından sıyrılan AZAL ekipajı mümkünsüzü mümkün qılıb, vurulmuş uçaqdakı yolçuların bir bölümünün həyatını xilas etdi.

Bəli, dünya miqyasında aviasiya təhlükəsizliyində bir sıra açıq yerlər və çağırışlar mövcuddur:

 • Mülki aviasiya, hələ də, başıpozuqların əsas hədəflərindən biri olaraq qalır. Bu kontekstdə dövlətlərarası informasiya alış-verişi və (təhdidlərin qabaqlanması üçün) işbirliyi həyati önəm daşıyır;

 • Hadisə göstərir ki, aviasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq çərçivələrində bəzi boşluqlar mövcuddur. Bu boşluqların aradan qaldırılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) təşəbbüslərinə daha fəal dəstək verilməlidir. 

O cümlədən üzr istəməli, təzminat ödəməli və cinayətkarları cəzalandırmalı olan lakin məzmunsuz yayınmalar edən məsul dövlət və qurumlar beynəlxalq basqı görməlidir.

Bəli, 

dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZALa məxsus uçağın Rusiya Federasiyasının hava məkanında qarşılaşdığı müdaxilə, yalnız Azərbaycanın deyil, ümumən aviasiya sisteminin çağdaş təhlükəsizliyindəki boşluqları üzə çıxardı. Bu hadisə, beynəlxalq hüququn tətbiqi perspektivində ciddi suallar doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin hadisəyə sürətli və prinsipial reaksiyası, ölkəmizin bu kimi böhranlı durumlarda strateji çevikliyə malik olduğunu bir daha təsdiqlədi.

Rusiya Federasiyasının hava məkanında baş verən müdaxilə, müdaxiləsonrası qanunsuzluqlar beynəlxalq hüquq normalarının, özəlliklə də ICAO qaydalarının pozuntusudur. Aviasiya təhlükəsizliyi barədə Beynəlxalq Konvensiyaya (Çikaqo Konvensiyası) əsasən, hər bir dövlət öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün cavabdehdir. Uçağın istiqamətinin zorən dəyişdirilməsi faktı, həm də mülki aviasiyanın siyasi alət kimi istifadəsi riskini ortaya qoyur. Bax, bu, beynəlxalq hüquqda böhran doğuran, özəl diqqət tələb edən bir məsələdir.

Bu hadisədən hansı dərsləri çıxarmalı?

Azərbaycanın təhlükəsizlik strukturları bu hadisəyə vaxtında və uyğun şəkildə reaksiya verdi. Bizdən asılı olmayan, bu dəfə bizim üzləşdiyimiz böhran göstərdi ki, mülki aviasiya təhlükəsizliyini daha da möhkəmləndirmək üçün yeni yanaşmaların dəyərləndirilməsi mümkündür:

 1. Sərhəd hava məkanına baxış - Hava məkanımızın beynəlxalq sərhədlərində real vaxt rejimində monitorinq texnologiyalarının tətbiqinin gücləndirilməsinə baxıla bilər. Bu, həm yerüstü radarlar, həm də peyk vasitəsilə həyata keçirilə bilər; 

 2. Aviasiya kiber-təhlükəsizliyi - Aviasiya sahəsində texnoloji müdaxilə riskləri artır. Uçaqların idarəetmə sistemləri potensial olaraq kiberhücumlara uğraya bilər. Bu baxımdan, aviasiya təhlükəsizliyi konseptində kibermüdafiə elementlərinə özəl yer ayrılması işin xeyrinədir; 

 3. Bölgəsəl işbirliyi - Azərbaycanın bölgədə aviasiya təhlükəsizliyi üzrə qonşu ölkələrlə işbirliyini dərinləşdirməkçün daha konkret addımlar atılması qarşılıqlı fayda verəcəkdir. Bu işbirliyi yalnız texniki deyil, həm də diplomatik platformalarda möhkəmləndirilə bilər.

Sonuc və önərilər

Rusiya Federasiyasının hava məkanında baş verən məlum hadisə, milli təhlükəsizliklə beynəlxalq hüquq arasındakı qarşılıqlı bağların mürəkkəbliyini üzə çıxardı. 

Prezident İlham Əliyevin hadisəyə yanaşması, Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətini və təhlükəsizliyini təmin etməkdə strateji üstünlüklərini göstərir.

İndi isə

bu cür hadisələrin qarşısını almaq və milli təhlükəsizliyi daha da gücləndirmək üçün minimumları bölüşməyə çalışaq:

 1. Aviasiya təhlükəsizliyi strategiyasının yenilənməsi - Çağdaş texnologiyalara əsaslanan yeni təhlükəsizlik doktrinasının hazırlanması və ya gücləndirilməsi məsələsinə baxmaq;

 2. Beynəlxalq işbirliyinin gücləndirilməsi: Bölgədə və beynəlxalq miqyasda aviasiya təhlükəsizliyi üzrə təşəbbüslərə daha fəal şəkildə qoşulmaq və s.

Beləliklə, 

bu hadisə, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizlik və sabitlik mövqeyini daha da gücləndirmək üçün bir fürsət kimi də dəyərləndirilə bilər.

AZALın ekipaj üzvlərinin yüksək peşəkarlığı, fədakarlığı və dövlətin, xalqın göyüzü xidmətçilərinə ləyaqətli qayğı-diqqəti ölkəmizin etibarına etibar qatdı.

Heç şübhəsiz, 

dövlətin çevik reaksiyası və strateji baxışı, beynəlxalq nüfuzumuza müsbət təsir göstərir.

Dövlətimiz zaval görməsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Dekabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri