Icma.az
close
up
RU
Cehiz yükü qadınların həyatını zindana çevirir AKTUAL

Cehiz yükü qadınların həyatını zindana çevirir AKTUAL

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İntihar artıq ailədaxili problem deyil, ictimai faciədir


 “Qayınana” filmində Afətin gətirdiyi cehiz səhnəsini xatırlayırsınız?!  O səhnədə sadəcə bir qadının evlilik üçün gətirdiyi əşyalar yox, eyni zamanda əsrlər boyu nəsildən-nəslə ötürülən, ancaq getdikcə ağır yükə çevrilən bir stereotip, cehiz ənənəsinin bütün incəlikləri, gərginlikləri və faciələri əks olunur. Cehiz qadının dəyərini ölçən, ailə münasibətlərini sınayan, bəzən isə gənclərin xoşbəxtliyinə zərbə vuran ağır “sınaq” kimi təqdim edilir. Bu səhnə sadəcə kino fraqmenti deyil, o, Azərbaycan ailələrinin çoxunun yaşadığı gerçəklikdir.

Zaman keçir, texnologiya inkişaf edir, dünya dəyişir... Bizim cəmiyyətin bəzi düşüncələri isə daş dövründə qalıb, stereotiplərimiz gənclərin boynuna zəncir kimi dolanıb.  Cehizsiz gəlin olmaz - deyə başlayan, qab-qacaqdan tutmuş mebel dəstinə, xalça-palaza qədər ölçülən bir “qiymət cədvəli” var bu toplumda. Bu siyahı yetərincə zəngin deyilsə, nişan qaytarılır, münasibətlər pozulur, ailələr dağılır, borclar qalxır, bəzən isə bir gəncin həyatı sona çatır...

Ağdaş rayonunda baş verən son faciə, 22 yaşlı gəncin intiharı bu acı reallığın növbəti və bəlkə də, daha sarsıdıcı nümunəsidir.

Qeyd edək ki, Ləki qəsəbəsində meyiti tapılan 2002-ci il təvəllüdlü İsmayılzadə Qiyas Fəqan oğlu olduğu məlum olub. O, ailə münaqişəsi zəminində canına qıyıb. Toya hazırlaşan Qiyas İsmayılzadənin gələcək həyat yoldaşı evə cehiz gətirib. Ancaq cehiz Qiyasın anasının xoşuna gəlmədiyi üçün onu geri qaytarıb. Hadisədən sarsıntı keçirdən Qiyas həyatına son qoyub. Bu ölümlər cəmiyyəti silkələməli, toplum olaraq düşüncələrimizi dəyişməyə vadar etməlidir. Əks halda daha neçə Qiyaslar canına qıyacaq, neçə arzular puç olacaq...


"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a  açıqlamasında deyib ki, cəmiyyət olaraq illərdir formalaşdırdığımız bir çox adət-ənənələr, zamanla öz ilkin məqsədindən uzaqlaşaraq, fərdlər üçün yükə çevrilib: 

“Bir zamanlar gənc ailəyə dəstək məqsədi daşıyan cehiz, indi sosial təzyiqin, maddi zorakılığın və ailədaxili ziddiyyətlərin səbəbinə çevrilib.

Əvvəllər cehiz sadə və zəruri əşyalardan ibarət olurdu. Məqsəd gənc cütlüyün yeni həyata başlamasını asanlaşdırmaq idi. İndi isə bu adət ifratçılığa yuvarlanaraq sanki bir yarışa çevrilib “kim daha çox, kim daha bahalı gətirəcək?”. Cehiz məsələsi getdikcə ailə qurma aktını bir növ alqı-satqı münasibətinə bənzədir. Bu yarışda isə itirən yenə qadın olur, onun dəyəri gətirdiyi əşyalarla ölçülür. Təsəvvür edin, gənc qadın ailə qurur, amma bu münasibətin hər fürsətdə ona qarşı bir ittihama çevrilməsi həyatını zindana döndərir. "Heç nə gətirməmisən", "elə gətirdiklərin də budur" kimi ifadələr təkcə söz deyil, bu, həm də psixoloji zorakılıqdır. Bu cür yanaşma qadının mənəvi dəyərini heçə endirir, onu ailənin yox, gətirdiklərinin bir hissəsi kimi təqdim edir. Valideynlərin, xüsusilə də qız evinin, yeni qurulan ailəyə dəstək olması təbiidir. Lakin bu dəstəyin davamlı və öhdəlik kimi qəbul olunması artıq ailələrin müstəqil düşünmə qabiliyyətini zədələyir”.

Mehriban Zeynalovanın sözlərinə görə, “hər şeyi hazır” verilmiş gənc ailənin mübarizə üçün stimulu olmur. Onlar valideynlərə bağlı qalır, hər bir əskiklikdə gözlərini yenə ata-anaya dikirlər. Bu isə sağlam ailə münasibətlərinin formalaşmasına ciddi maneədir. Ən acınacaqlısı isə odur ki, bəzi hallarda oğlanlar öz analarının təsiri ilə həyat yoldaşına cehiz mövzusunda təzyiq edir, onu aşağılayır. Gəlinin dəyəri onun gətirdiyi pərdə, mebel və ya məişət əşyaları ilə ölçülür. Bu isə insani və hüquqi baxımdan qəbulolunan deyil.


Qiyasın intiharına gəldikdə isə hüquq müdafiəçisi qeyd edib ki, bu dəfə fərqli tendensiya yaşanıb. Oğlan cehizə yox, nişanlısına dəyər verib. Anasını cəzalandırmaq üçün də intihara əl atıb. Allah rəhmət eləsin! Bu artıq sadəcə, ailədaxili problem deyil, ictimai faciədir”.


Mehriban xanımın fikrincə, necə ki, yas mərasimlərinin israfçılığına qarşı cəmiyyətin tədricən mövqe ortaya qoyması baş verir, eləcə də cehiz məsələsi ilə bağlı bir dəyişiklik zərurəti yaranıb: 

“Cehiz, adətlərin ən mübahisəli formalarından birinə çevrilib. Qız övladının evləndirilməsi maddi cəhətdən ən çətin mərhələ kimi görünür, bəzən ailələr bu yükə görə borca girir, bəzən isə qızların taleyi sadəcə bu səbəbdən ləngiyir və ya ailə qurmaqdan imtina edilir. Təhsil, əxlaq, sevgi və qarşılıqlı anlaşma ilə qurulan ailə institutunu əşya dəyəri ilə ölçmək təkcə qadına yox, ailəyə, cəmiyyətə və gələcək nəsillərə qarşı haqsızlıqdır. Cehiz anlayışı təməl funksiyasına qaytarılmalı, yəni dəstək və sevgi aktı olmalı, öhdəlik və təzyiq vasitəsi olmaqdan çıxmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri