Icma.az
close
up
RU
Ceki Çan belə yola salındı │ FOTOLAR

Ceki Çan belə yola salındı │ FOTOLAR

Icma.az, Azvision saytına istinadən bildirir.


Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasının Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının 29 may 2025-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamın məqsədlərindən biri xarici film istehsalçılarını ölkəyə cəlb etmək idi. Bunun üçün müxtəlif üsulların, o cümlədən, xarici film istehsalçılarının çəkdikləri xərclərin bir hissəsinin geri ödənilməsini nəzərdə tutan "cash rebate" mexanizminin tətbiqi nəzərdə tutulurdu.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün aradan keçən bir il ərzində intensiv iş görülüb. Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərini təşviq etmək məqsədilə yaradılan Azərbaycan Film Komissiyası ölkənin təqdim etdiyi yeni imkanları xarici film istehsalçılarına təbliğ edib. Görülən işlərin ilkin nəticələri artıq ortadadır.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının - Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

Çəkiliş prosesinin rahat keçməsi və uğurla başa başa çatması Azərbaycanın digər beynəlxalq film istehsalı layihələr üçün də cəlbedici məkana çevrilməsini təmin edəcək. Bu isə beynəlxalq kino sənayesinin ölkəmizə diqqətini getdikcə artıracaq.

Qlobal layihələrin ölkəmizdə icra olunması yerli kino sənayəsinin inkişafına da müsbət təsir göstərir. “Tanrının zirehi 4: Ultimatum” filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunmuşdu. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəxalq əməkdaşlığı gücləndirməsini təmin edir.

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən, turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə cənub-şərqi Asiya ölkələrində olan on milyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri