Icma.az
close
up
RU
Yaşlandıqca ayaqlar böyüyür SƏBƏBİ

Yaşlandıqca ayaqlar böyüyür SƏBƏBİ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İllərdir geyindiyiniz ayaqqabı birdən dar gəlir, bədəndəki bu dəyişiklikdən xəbəriniz varmı?

İllərdir eyni ölçüdə ayaqqabı geyinməyinizə baxmayaraq, son vaxtlar ayaqqabılarınızın ayağınızı sıxdığını hiss edə bilərsiniz. Yaş artdıqca ayaqların forması, uzunluğu və eni dəyişir. Üstəlik, bu dəyişiklik yalnız çəki artımı ilə bağlı deyil.

Sherg.az xəbər verir ki, “Habertürk”ün məlumatına görə, yaşla əlaqədar orqanizmdə bir sıra dəyişikliklər baş verir və bütün gün bədənin ağırlığını daşıyan ayaqlar da bundan təsirlənir. Gənclik illərində rahat geyinilən ayaqqabılar sonrakı yaşlarda dar və narahat ola bilər.

Yaş artdıqca ayaqların forması dəyişir

Yetkinlik dövründə boy artımı başa çatsa da, ayaqların quruluşu zamanla dəyişməyə davam edə bilər. Ayaq tağının aşağı düşməsi və onu dəstəkləyən toxumaların zəifləməsi ayağın daha geniş və uzun olmasına səbəb ola bilər.

Cleveland Clinic-in ayaq sağlamlığı üzrə mütəxəssisi doktor Nikol Nikolosi bildirir ki, ayaq tağını dəstəkləyən bağlar və vətərlər illər ərzində zəifləyir. Bu isə ayağın daha yastı formaya düşməsinə və ayaqqabı ölçüsünün dəyişməsinə səbəb ola bilər.

Ayaqqabı ölçüsü iki ölçüyə qədər arta bilər

Amerika Ortopedik Ayaq və Ayaq Biləyi Cəmiyyətinin FootCareMD platformasının məlumatına görə, bəzi insanlarda ayaqqabı ölçüsü gənc yetkinlik dövrü ilə müqayisədə iki ölçüyə qədər arta bilər. Lakin bu dəyişiklik hər kəsdə eyni olmur.

Çəki artımı da ayaqlara təsir edir

Yaşla birlikdə çəki artımı ayaq tağını dəstəkləyən toxumalara düşən yükü artırır. Uzun illər davam edən bu təzyiq ayaqların genişlənməsinə və ya uzanmasına səbəb ola bilər.

Hamiləlik də ayaqqabı ölçüsünü dəyişə bilər

Hamiləlik zamanı baş verən hormonal dəyişikliklər ayaqlardakı birləşdirici toxumaların boşalmasına səbəb ola bilər. Bu da ayaq tağının aşağı düşməsinə və ayaqqabı ölçüsünün artmasına gətirib çıxara bilər. Bu dəyişikliklər doğuşdan sonra da qalıcı ola bilər.

Ayaq altındakı təbii yastıqlama azalır

Ayaq altında zərbələri yumşaltmağa kömək edən piy toxuması yaş artdıqca dəyişə bilər. Təbii yastıqlamanın azalması xüsusilə sərt səthlərdə yeriyərkən ağrı və narahatlığı artıra bilər.

Ayaq barmaqlarının forması dəyişə bilər

Baş barmaq sümüyündə çıxıntının yaranması və barmaq oynaqlarındakı deformasiya əvvəllər rahat geyinilən ayaqqabıların zamanla narahat olmasına səbəb ola bilər. Belə hallarda ön hissəsi daha geniş ayaqqabılara üstünlük verilməsi tövsiyə olunur.

Hər üç yaşlıdan biri ayaq ağrısı yaşayır

Cleveland Clinic-in Amerika Geriatriya Cəmiyyətinin məlumatlarına istinadən verdiyi məlumata görə, 65 yaş və yuxarı insanların hər üçündən biri ayaq ağrısı yaşayır. Ayaqların dəyişən quruluşuna uyğun olmayan ayaqqabılar gündəlik həyatda yaranan narahatlığı daha da artıra bilər.

Ayaqqabı alış-verişinə günortadan sonra çıxın

ABŞ Milli Sağlamlıq İnstitutlarının məlumatına görə, ayaqlar gün ərzində müəyyən qədər genişlənə bilər. Buna görə yeni ayaqqabı alarkən günortadan sonra və ya axşam saatlarına üstünlük vermək məsləhətdir.

Ayaq ölçünüzü mütəmadi yoxladın

Harvard Health Publishing ayaqların yaşla birlikdə genişlənə və uzana biləcəyini bildirərək, təxminən ildə bir dəfə ayaq ölçüsünün yoxlanılmasını tövsiyə edir. Ayaqqabı alarkən yalnız ölçüyə deyil, ayağın eninə də diqqət yetirmək lazımdır.

Yeni ayaqqabının ilk geyinildiyi andan rahat olması vacibdir. Ayaqqabının ön hissəsində barmaqların hərəkət edə bilməsi üçün təxminən 1,3 santimetr boşluq olması daha rahat istifadəni təmin edə bilər.

Ani dəyişiklikləri diqqətdən kənarda qoymayın

Yaş artdıqca ayaqların tədricən genişlənməsi təbii proses ola bilər. Lakin xüsusilə bir ayaqda qəfil yaranan şişkinlik, ağrı, keyimə, rəng dəyişikliyi və ya yeriməkdə çətinlik kimi əlamətlər yaşlanma ilə əlaqələndirilməməli və həkim tərəfindən qiymətləndirilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri