Ceki Çan bir sıra nümayəndə ilə görüşdü
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Tanrının zirehi 4: Ultimatum" filminin çəkilişinə görə Azərbaycana gəlmiş məşhur aktyor Ceki Çanın ölkənin bir sıra rəsmi qurumlarının nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının, Azərbaycan Respublikasının Mədəniyyət, Rəqəmsal inkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Reklam Agentliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin, Bakı Bulvar İdarəsinin əməkdaşları iştirak ediblər.
Aktyorla görüşə həmçinin "Sea Breeze", FilmLab.az, "Legit Solve Advisors" şirkətlərinin, Azərbaycan Avtomobil Federasiyasının, "Mərcan" Klinik Hospitalının nümayəndələri də qatılıblar.
Görüşdə vurğulanıb ki, “Tanrının zirehi 4: Ultimatum” Azərbaycanda indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Azərbaycan Respublikası Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasət, xarici film istehsalçıları üçün nəzərdə tutulmuş güzəştlər, o cümlədən “cash rebate” mexanizmi ölkəni bu sahədə getdikcə daha cazibəli məkana çevirir.
Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərini təşviq etmək məqsədilə yaradılmış "Filming Azerbaijan" Azərbaycan Film Komissiyasının bu istiqamətdəki fəaliyyəti ayrıca qeyd olunub.
Görüşdə bildirilib ki, “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.
Bu cür layihələrin ölkənin təbliği, xüsusilə turizmin inkişafı baxımından son dərəcə effektiv oduğu xüsusi vurğulanıb.
Görüşün sonunda Mədəniyyət nazirinin müavinləri Səadət Yusifova və Elnar Əsədov tərəfindən qonağa hədiyyələr təqdim olunub.
Ceki Çan öz növbəsində görüşdə iştirak edən bütün qurumların rəhbərliklərinə imzalı kitabını bağışlayıb.
Baxış sayı:110
Bu xəbər 18 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















