Icma.az
close
up
RU
Ceki Çanın Bakıda çəkdiyi filmə görə Azərbaycan 1 milyon dollar ödəyə bilər? Təfərrüat

Ceki Çanın Bakıda çəkdiyi filmə görə Azərbaycan 1 milyon dollar ödəyə bilər? Təfərrüat

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xəbər verdiyimiz kimi, dünyaca məşhur aktyor Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bir hissəsi Azərbaycanda çəkilir.
Yeniavaz.com
xəbər verir ki, filmin istehsalı ilə Qazaxıstanın “Salem Entertainment” kinokompaniyası məşğul olur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli 196 nömrəli qərarı ilə təsdiqlənmiş “Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”na əsasən, xarici prodüserin Azərbaycanda çəkdiyi xərclərin 25 faizi geri ödənilə bilər.
Məlumat üçün bildirək ki, “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycandakı çəkilişlər zamanı nə qədər vəsait xərcləyəcəyi açıqlanmayıb. Lakin, Qazaxıstanın “El.kz” dövlət informasiya resursu investorların “Tanrının zirehi 4: Ultimatum” filmi üçün 50 milyon dollar ayırdığını yazıb.
Filmin əsas çəkiliş məkanı Qazaxıstan olduğu üçün Azərbaycanda təxminən 10 gün davam edəcək çəkilişə daha az vəsait sərf olunacağı ehtimal olunur.
Qazaxıstan mətbuatının yazdığına görə, filmin çəkilişləri iyuldan oktyabr ayına qədər davam edəcək. Fasilələr nəzərə alınmaqla faktiki çəkiliş günlərinin təxminən 60-80 gün olacağı ehtimal edilir. Əgər 50 milyon dollarlıq ümumi layihənin əsas hissəsinin Qazaxıstanda çəkildiyini və Azərbaycanda yalnız ayrı-ayrı səhnələr üçün 10 gün çəkiliş ediləcəyini nəzərə alsaq, Azərbaycan üzrə xərclərin 4-5 milyon dollardan çox olmayacağı gözlənilir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici filmlərə verdiyi maliyyə dəstəyi isə qanunvericilikdə konkret faizlə - 25 faiz müəyyən edilib.
Onu da bildirək ki, qaydalara görə bir film üzrə bir təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1 milyon dollarıdır. Buna görə Azərbaycanda məqbul xərclər 4 milyon dollardan çox olsa belə, əsas 25 faizlik mexanizm üzrə bir il ərzində ödəniləcək məbləğ 1 milyon dolları keçə bilməz.
Bundan başqa, əsas geri ödəniş 25 faiz təşkil etsə də, filmin əlavə mədəniyyət meyarlarına tam cavab verməsi halında daha 15 faiz geri ödəniş mümkündür.
Məsələn, qaydaların 2 nömrəli əlavəsində Azərbaycan vətəndaşının rejissor kimi iştirakına görə 2 faiz, bəzi əsas yaradıcı heyət üzvlərinin Azərbaycan vətəndaşı olmasına görə 1 faiz, filmdə Azərbaycan Dövlət Gerbinin, Bayrağının ən azı 5 saniyə və “Azərbaycan” adının isə azı 3 saniyə kadrda göstərilməsinə görə isə ayrı-ayrılıqda 0,5 faizədək əlavə geri ödəniş nəzərdə tutulur. Azərbaycanda ən azı üç gün bölgələrdə çəkiliş aparılması da 2 faizlik əlavə geri ödəniş meyarlarından biridir.
Beləliklə, qanunvericiliyə əsasən Azərbaycanda çəkilmiş uyğun xərclərin 40 faizə qədəri geri qaytarıla bilər. Lakin, qeyd etdiyimiz kimi, bir film üzrə bir təqvim ilində geri ödənilə biləcək məbləğin yuxarı həddi 1 milyon dollardır.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Avqust 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri