Zelenski ABŞ dən Patriot raketlərinin tədarükünün sürətləndirilməsini İSTƏDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün sürətləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyinə müttəfiqlərlə əlaqə saxlamağı tapşırıb.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında məlumat verib.
O bildirib ki, Ukrayna XİN-ə artıq Kiyev üçün hava hücumundan müdafiə raketləri hazırlamağa başlayan hər bir tərəfdaşla əlaqə saxlamaq və tədarük prosesini sürətləndirmək tapşırılıb.
Ukrayna lideri müdafiə naziri ilə ABŞ tərəfi ilə PAC-2 və PAC-3 raketlərinin tədarükü məsələsini də müzakirə etdiklərini qeyd edib. O, Pentaqonun gözlənilən raket tədarükünə icazə verəcəyinə ümid etdiklərini vurğulayıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:Zelenski Trampdan qış üçün 300 Patriot raketi istədi
29 İyul 2026 14:07
Zelenski: ABŞ Kiyevin Avropada Patriot raketlərinin istehsalına icazə verməyib
18 Fevral 2026 08:01
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
22 İyul 2026 19:55
Zelenski əlavə Patriot raketlərinin alınması barədə danışıb
08 Noyabr 2025 21:01
Zelenski qış ərəfəsində “Patriot” raketlərinin çatışmazlığından narahatdır
15 Avqust 2026 21:34
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















