Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu Video
Icma.az bildirir, Qol.az portalına istinadən.
Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu”nun 35-ci turunun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” doğma meydanda “Lokomotiv” (Plovdiv) klubunu 4:0 hesabı ilə məğlub edib.
Hüseynov görüşə start heyətində çıxıb və sonadək meydanda olub. O, 51-ci dəqiqəfə komandasının 4-cü qolunu vurub. Müdafiəçi 48-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu, Cəlal Hüseynovun ardıcıl iki oyunda vurduğu üçüncü qol olub. O, bundan əvvəl komandasının “Botev”ə qalib gəldiyi (2:0) matçda komandasının hər iki qolunu vurub.
Beləliklə, bu, onun cari Bolqarıstan çempionatında 3-cü qoludur.
Hazırda “Arda” 51 xalla ümumi turnir cədvəlində 7-ci, çempionatın Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan qrupunda isə 3-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 May 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















