Həkimlər evdə xərçəng riskini artıra bilən əşyaları AÇIQLADI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Həkimlər Cey Lutar və Deril Eber evdə istifadə olunan bəzi əşyaların xərçəng riskinin artması ilə əlaqəli ola biləcəyini bildiriblər.
Redaktor.az xəbər verir ki, mütəxəssislər bu barədə “Health” nəşrinə müsahibələrində danışıb.
Lutarın sözlərinə görə, təhlükəli kimyəvi maddələr aqressiv məişət kimyasında, kəskin ətirli təmizləyici vasitələrdə və elektrikli hava təravətləndiricilərində ola bilər. Həkim qeyd edib ki, bu məhsullardan istifadə etmək mümkündür, lakin onların hər gün tətbiqindən çəkinmək, əsasən çətin ləkələrin və kəskin qoxuların aradan qaldırılması zamanı istifadə etmək məsləhətdir.
Eber isə yüksək gücdə işləyən, lakin mətbəx aspiratoru olmayan qaz və elektrik sobalarının da risk yarada biləcəyini vurğulayıb. O, DSP və fanerdən hazırlanmış mebel alarkən materialların formaldehid əlavə edilmədən istehsal olunmasına diqqət yetirməyi tövsiyə edib. Həkimin sözlərinə görə, formaldehidlə tez-tez təmas bir neçə xərçəng növünün inkişafı ilə əlaqələndirilir.
Lutar həmçinin bəzi səthlərə qoruyucu örtük çəkilməsi zamanı istifadə olunan perflüoroktan turşusunun kanserogen hesab edildiyini bildirib. Bununla belə, o vurğulayıb ki, həmin maddənin divan və ya xalçanın tərkibində olması bu əşyaların mütləq xərçəngə səbəb olduğu demək deyil. Həkim yuxu üçün nəzərdə tutulan və ya uşaqların istifadə edəcəyi əşyaları seçərkən təbii parçalara üstünlük verməyi məsləhət görüb.
Xatırladaq ki, daha əvvəl “AB-Batteris” batareya istehsalı zavodunun baş direktoru Andrey Bondarenko batareyaları uşaq otağında saxlamağın təhlükəli olduğunu bildirib. O, batareyaların mətbəxdə və qızma ehtimalı olan yerlərdə saxlanılmamasını da tövsiyə edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Oktyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















